news Image
2012.06.05
19:39
| A A A
“Metsamor” AES bölgə üçün çox təhlükəlidir"

İstanbulda Dünya İqtisadi Forumu çərçivəsində Türkiyənin eneji və təbii ehtiyatlar naziri Taner Yıldız, Şimali İraq Kürd Administrasiyasının enerji naziri Aşti Havrami, Azərbaycanın energetika naziri Natiq Əliyev, İtaliyanın ENİ şirkətinin prezidenti Cuzeppe Reççi və BƏƏ-nin "Dana Gas" sədri Həmid Cəfərin iştirakı ilə iclas keçirilib.

"Hürriyet"in veridyi məlumata görə, iclasda əsasən Fukuşimadan sonra atom enerjisi sahəsində yaranmış vəziyyət və yeni enerji dəhlizləri məsələləri müzakirə edilib.

Natiq Əliyev çıxışında indi enerji ixracatçısı mövqeyində olan ölkələrin qarşıdakı dövrdə atom enerjisinə sahib olmaq üçün müraciət etmək məcburiyyətində qalacaqlarını vurğulayıb: "Hazırda başımız neft və təbii qazla kifayət qədər qarışıb. Amma gələcək nəsillər atom enerjisi ilə məşğul olacaqlar".

O, həmçinin Ermənistandakı "Metsamor" AES-in bölgə üçün çox təhlükəli olduğunu söyləyib.

İclasda müzakirə edilən mövzulardan biri də "Nabucco" layihəsi olub. Həm Taner Yıldız, həm də Natiq Əliyev, "Nabucco"nun müqavilələrinin imzalandığı gündən indiyədək yaşanan dəyişikliklərə diqqət çəkərək, layihələrin adının ya da konseptinin dəyişə biləcəyini qeyd edib. Ancaq hər iki nazir resursların Avropaya nəql edilməsi hədəfinin dəyişmədiyini vurğulayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs