news Image
2014.02.11
20:30
| A A A
Dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlandı

Vergilər Nazirliyinin məlumatına görə, son bir ayda qeyri-neft-qaz sektoru üzrə büdcəyə 330 milyon manat vəsait daxil olub

2014-cü ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 780 milyon 352,2 min manat vəsait daxil olub. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Ans press-ə verilən məlumata görə, bu məbləğin 48,9 faizi mənfəət vergisinin, 21,2 faizi əlavə dəyər vergisinin, 8,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 9,1 faizi aksizlərin, 12,6 faizi isə digər vergilərin payına düşür.


Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 330 milyon 880,1 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 milyon 626,8 min manat çoxdur.


Yanvar ayında respublika üzrə 8 min 622 vergi ödəyicisi qeydiyyata alınıb. 1 fevral 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 544 min 981 təşkil edir ki, bu da 1 fevral 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 11,4 faiz çoxdur.


2014-cü ilin yanvar ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,2 faiz təşkil edib.