Əlaqə Arxiv
news Image
2014.02.11
19:35
| A A A
Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi artıb

Elektron ticarət dövriyyəsinin 91,9 faizini qeyri-ərzaq malları təşkil edib

Son bir ayda istehlakçılara 1,7 milyard manatlıq və ya 2013-cü ilin müvafiq ayı ilə müqayisədə 9,3 faiz çox əmtəə satılıb. Movqe.az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, istehlak mallarının 900,3 milyon manatını qida məhsulları, içkilər və tütün məmulatları, 765,6 milyon manatını qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 5,1 faiz artıb.


Bu ilin yanvar ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,7 dəfə artaraq 242,3 min manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 84,5 faizini hüquqi, 15,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. 


Elektron ticarət dövriyyəsinin 91,9 faizini qeyri-ərzaq malları təşkil edib. 


Sizin Reklam Yeriniz