Əlaqə Arxiv
news Image
2014.02.17
20:09
| A A A
Dünya bazarında qəhvə kəskin bahalaşa bilər

Dünya bazarında qəhvənin qiyməti bahalaşa bilər.

"APA-Economics"in RBK-ya istinadən verdiyi məlumata görə, buna səbəb son zamanlar Braziliyada müşahidə olunan quraqlıqdır.

 

Belə ki, ötən ay bu ölkədə orta normanın 20-30%-ni təşkil edən yağıntı olub. Fevral ayında isə yağış daha az yağıb. Ekspertlərin fikrincə, yağışların az yağması və quraqlığın yaranması qəhvənin məhsuldarlığını kəskin azalda və bu məhsulun qiymətini artıra bilər.

 

Ekspertlər hesab edirlər ki, yağışlar bərpa olunsa təhlükə aradan qalxa bilər. Əks halda isə qəhvənin qiymətinin kəskin artması qaçılmazdır.

Sizin Reklam Yeriniz