Əlaqə Arxiv
news Image
2012.06.18
16:11
| A A A
“Skype” istifadə edənə 15 il həbs cəzası

Movqe.Az xəbər verir ki, Efiopiyada keçdiyimiz günlərdə qəbul edilən "Telefon Cinayətlərinin İdarəedilməsi Bəyannaməsi" internet üzərindən səsli və görünüşlü ünsiyyətə böyük cəzalar verəcəkQanuna görə, "Skype", "Voip", "Viber, Paltalk", "Yahoo Messenger" "Google Voice" kimi proqramları istifadə edənlər 15 ilə qədər həbs cəzasınaməhkum edilə bilər.

Sərhədsiz Jurnalistlər Təşkilatı (Reporters Without Borders) ünsiyyət azadlığını əhəmiyyətli ölçüdə məhdudlaşdıran qanunun Afrika Birliyinin mərkəzi olan Efiopiyada mayın 24-də heç bir etiraz olmadan parlamentdəqəbul edildiyini açıqlayıb. Təşkilat, Efiopiya hökumətinin yeni qanunla internet və media üzərindəki nəzarətinin artırdığını bildirir.

Sərhədsiz Jurnalistlər Təşkilatının nümayəndəsi Ambroise Pierre, BBC-yə verdiyi açıqlamada, "Efiopiya hökuməti hər cür məlumat alverinə müdaxilə edir. Onsuz da yazılı mətbuata böyük təzyiq var. Keçən il bir çox jurnalist həbs olunub" deyərək yeni qanunu tənqid edib.

Digər tərəfdən "Skype", "Voip" kimi ödənişsiz və ya çox ucuz danışıq xidmətlərinin dövlətin "Ethio Telekom"un rəqibi olduğu və bu mübarizədə qalib gəlməyin əsas şərt olduğu deyilir.

82 milyon əhaliyə sahib olan Efiopiyada yalnız 360 min adam internet daxilolma imkanınasahibdir. Beynəlxalq təşkilatlar Efiopiyanın qəzet və digər media növləri üzərindəki təzyiqini tez-tez tənqid edir.

Sizin Reklam Yeriniz