news Image
2012.06.20
15:21
| A A A
Windows “iPad”ə qarşı - FOTOLAR

Movqe.Az Vesti.ru saytına istinadən bildirir ki, "Microsoft koorporasiyası" dünən axşam hal-hazırda bazarın lideri olan "Apple"ın "iPad" planşetini sıxışdırıb çıxaracaq "Surface" adı altında şəxsi planşet kompyuterini təqdim edib.

Yeni planşet ilin sonunda satışa çıxarılacaq. Artıq uzun müddətdir ki, "Microsoft"un planşetlər bazarında yer tutmaq niyyətinin olmasından heç kim şübhə etmirdi.

Ancaq çoxları hesab edirdilər ki, bu Windows 8 əməliyyat sisteminin xüsusi planşet versiyalarının hazırlamasıyla kifayətlənəcək.

"Microsoft", OEM-partnyorlarla əməkdaşlıqdan imtina etmədən "Surface" adı altında şəxsi planşetini buraxmağa qərar verib.

Bazar ertəsi axşam Los-Ancelesdə koorporasiyanın baş direktoru Stiv Balmer qurğunun iki "ev" və "peşəkar" variantını təqdim edib.

Zahirən planşet iPad-a az oxşayır,öz şəxsi quruluşuna və stilə malikdir.






Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs