news Image
2012.06.21
17:47
| A A A
Azərbaycan və Türkiyə TANAP üzrə hökumətlərarası saziş imzalayacaq

Movqe.Az xəbər verir ki, Azərbaycan və Türkiyə gələn həftə qaz kəməri layihəsi Transanatoliyskogo (TANAP) üzrə hökumətlərarası saziş imzalamağa hazırlaşır. Bu barədə xəbəri "Reuters" agentliyi Türkiyə rəsmilərinin bəyanatlarına istinadən yayıb.

"Hökumətlərarası saziş gələn həftə İstanbulda imzalanacaq" – deyə, "Reuters"ə türk rəsmisi bildirib. Hər iki dövlət Türkiyə ərazisindən Avropaya "Şah Dəniz" vasitəsilə keçən qazın çatdırılması üçün boru kəmərinin inşa olunacağı konsorsiumu yaratmağa görə anlaşma memorandumu imzalayıb.

Hazırda TANAP-ın 20 fayizlik payı Türkiyənin BOTAS, 80 faizi isə Azərbaycanın SOCAR şirkətinə aiddir. Kəmərin ilkin ötürücülük gücünün ildə 16 milyard kubmetrə çatacağı gözlənilir. Altı milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya çatdırılacaq.

Digər rəsmilərin sözlərinə görə, TANAP üzrə hökumətlərarası sazişin imzalanma mərasimi 26 iyunda, ya da bir neçə gün gec ola bilər. Bəzi ekspertlər və vəzifəli şəxslər hesab edir ki, TANAP Türkiyə-Bolqar sərhəddindən  Azərbaycan qazının daşınmasını həyata keçirən "Nabucco Qərb" boru kəməri ilə birləşdirilməsi xeyli müddətə çəkə bilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs