news Image
2014.05.02
08:19
| A A A
Rusiya ev alan azərbaycanlıların sayı artacaq?!
Ramil Osmanov: "Rusiyada yaşayan miqrantlar daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, ev alqı-satqısına da bilavasitə bu konteksdən yanaşırlar" Nüsrət İbrahimov: "Adətən, qiymətlər düşəndə alıcılar bazara daxil olaraq çox sayda ev almağa başlayır"

Son zamanlar Rusiyada mənzillərin qiyməti sürətlə aşağı düşür. Məlumatlara görə, bu hal özünü hardasa 15-20 faiz civarında göstərir. Qeyd edək ki, Rusiyada ev almağa çalışanlar arasında xarici vətəndaşlar və yaxud orada işləyən miqrantlar da az deyil. Bunu oradakı azərbaycanlı miqrantlara da aid etmək olar. İndi isə orada mənzilin qiyməti aşağı enir. Bu fonda Rusiyadan mənzil alan azərbaycanlıların sayı arta bilərmi?

Qeyd edək ki, Azərbaycanın özündə ev alanlar arasında miqrantlar da xüsusi yer tutur. Rusiyada baş verən ucuzlaşma fonunda ev alınması prosesində miqrantalrın xüsusi çəkisi azala bilər. Hadisələrin belə cərəyan etməsi Azərbaycana nə vəd edir?

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyini sədri Ramil Osmanlı qeyd etdi ki, Rusiyada yaşayan azərbaycanlıların qiymət aşağı düşdüyü fonda bu ölkədə mənzilə sahib olmaq məsələsi sırf olaraq mövcud proseslərə bağlı bir məsələdir: "Miqrantlarla bağlı Moskvanın gördüyü tədğirlər zamanı daha çox paytaxtın Pakrov ərazisi və ətrafları olmaq şərtilə Rusiyada kütləvi şəkildə azərbaycanlılar tərəfindən mənzillərin boşaldılması prosesi baş verdi. İndi ola bilər, hadisələr müəyyən qədər sakitləşib. Rusiya-Azərbaycan münasibətlərində müəyyən qədər istiləşmə var. Sırf siyasi proseslərə bağlı olan məsələlərdən dolayı Rusiyada mənzil almaq istəyən azərbaycanlıların sayında müəyyən artımlar baş vermiş olar. Amma bilavasitə miqrantlarla əlaqəli olaraq Rusiyada ev alqı-satqısının həcminin artımı və yaxud azərbaycanlı miqrantların kütləvi şəkildə bu ölkədə ev almaları ilə bağlı məlumatlar mövcud deyil. Azərbaycanda olan miqrantların Rusiyada mənzil qiymətlərinin ucuzlaşması fonunda ora meyl etməsi də doğru deyil. Əksinə, müşahidələr göstərir ki, Rusiyadakı miqrantlar Azərbaycan bazarına daha çox mənzillərin qiyməti artanda, yəni bazar dinamikləşəndə maraq göstərir. Bunu bazardakı hadisələr də göstərir. Məsələn, 2009-2011-ci illər ərzində demək olar ki, Rusiyadan Azərbaycan bazarına daxil olan miqrant pullarının həcmi kəskin şəkildə aşağı düşmüşdü. Hətta bu sahədə ciddi məhdudlaşma müşahidə edilirdi. Bazarda Rusiyadan gələn alıcı tapmaq problem idi. Amma bu gün bazardakı alıcılar arasında monitorinq aparsaq, görəcəyik ki, Rusiyadan Azərbaycan bazarına daxil olan miqrantların sayında artım var. Rusiyada yaşayan miqrantlar daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, ev alqı-satqısına da bilavasitə bu konteksdən yanaşırlar. Yəni hətta mənzil yaşayış məqsədi ilə alınsa da, həmin obyektin gəlir gətirmə imkanları dəyərləndirilir. Bu məsələlər nəzərə alınmaqla miqrantlar tərəfindən Azərbaycan bazarına da maraq göstərilir".

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirdi ki, indilikdə azərbaycanlıların Rusiya bazarında mənzil alması prosesinin sürətlənməsi istiqamətində aktivlik müşahidə olunmur: "Bir neçə gün bundan əvvəl Moskvadakı ev alqı-satqısı ilə məşğul olan peşəkar mütəxəssislərlə danışmışam. Onlar bildirdilər ki, rublla ifadədə mənzillərin qiyməti stabildir. Amma dollarla ifadədə isə qiymət aşağı düşür. Bununla belə, hələlik bazarda hansısa aktivlik hiss olunmur. Adətən, qiymətlər düşəndə alıcılar bazara daxil olaraq çox sayda ev almağa başlayır. Lakin indilikdə Moskva bazarında belə bir aktivlik gözə dəymir. Çünki insanlar daha çox gözləmə mövqeyi tutub. Belədə Rusiyada ev almaq oradakı azərbaycanlılar üçün də ciddi şəkildə maraq kəsb etmir. Hələ ki, bizimkilər oranı risqli bazar sayır. Ona görə də ev bazarına pul yatırmağa tələsmirlər. Belə olan halda Azərbaycandakı miqrantlar da hələlik Rusiya bazarına meyl etməyəcək. Ola bilsin, gələcəkdə proses onları müəyyən qədər cəlb etsin. Bu gün isə aktivlik olmadığından bazara əlavə alıcı da daxil olmayıb".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs