news Image
2014.05.01
18:04
| A A A
Azərbaycanda növbəti Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alındı

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə sahə mülkiyyətçiləri ilə mütəmadi olaraq görüşlər keçirilir, mövcud qanunvericilik, eləcə də onların hüquq və vəzifələri izah olunur, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi və saxlanması prinsipləri və üsulları barədə məlumat verilir. Bundan başqa, mənzil mülkiyyətçilərinin maarifləndirilməsi məqsədilə müvafiq qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşurlar paylanmış, bu işlər hazırda da davam etdirilir.

Görülən işlər çərçivəsində, həmçinin Yasamal rayonu Naxçıvani küçəsi, 14 ünvanındakı 16 mərtəbəli 102 mənzilli yeni tikilmiş binanın sahə mülkiyyətçiləri ilə görüşlər keçirilmiş, binada Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) yaradılması ilə bağlı mənzil mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi, təşkilatın Nizamnaməsinin və digər zəruri təsis sənədlərinin hazırlanmasına köməklik göstərilmişdir. Bunun nəticəsi olaraq, həmin ünvanda ölkədə növbəti MMMC yaradılmış, "Yasamal-2" MMMC adı ilə dövlət qeydiyyatına alınmışdır.

Hazırda Nazirlik tərəfindən Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq, Bakı şəhəri üzrə iyirmiyə yaxın çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiq edilməsi istiqamətində sahə mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir, yeni idarəetmə üsullarının üstünlükləri haqqında məlumatlar verilir, mənzil mülkiyyətçilərinin ümumi yığıncaqlarının keçirilməsində və müvafiq təsis sənədlərinin hazırlanmasında, həmçinin digər təşkilati məsələlərdə dəstək göstərilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs