news Image
2014.05.06
17:27
| A A A
Kağız sənayesinin inkişaf etdirilməsi zərurətə çevrilir
Natiq Cəfərli : « Bu sənayeni Azərbaycanda inkişaf etdirmək üçün baza istehsalının yaradılmasına ehtiyac var» Qadir İbrahimli: « Bu sahənin inkişaf etdirmək üçün xarici iş adamları, xarici investorlar bu prosesə cəlb olunmalıdır»

Ölkə iqtisadiyatının müxtəlif sektorlarında kağız materialından  istifadə xüsusi çəkiyə malikdir. Kağızdan ölkənin sənaye sahəsində  istehsal olunan bir çox məhsulların (tütün, çay, ağartı məhsulunu, təbii şirələrin və.s) qablaşdırılmasında, eləcə də yazılı mətbuatda  və dövri nəşriyyatda kitabların, jurnalların çap  olunmasında geniş istifadə olunur. 

Bu isə son illər  ölkədə  kağıza olan tələbin  artan xətt üzrə inkişaf etməsi  ilə müşahidə olunur. Məlum məsələdir ki, Azərbaycan  bu sahədə xammalı əsasən idxal yolu ilə əldə edir. Bu da kağız  sənayesinin ölkəmizdə yetərincə  inkişaf etməməsindən irəli gəlir.

 İndiki vaxta  isə ölkədə  kağız sənayesinin  potensal gücünü artırılması və  bu istiqamətdə  emal sahələrinin çoxaldılması baxımından lazımı işlərin görülməsi üçün iqtisadi imkanlar olduqca genişdir. Movqe.az-a məsələylə bağlı fikir bildirən ekspertlər qeyd edirlər ki, Azərbaycanda bu sahənin inkişaf etdirilməsi  üçün təkrar emalın yaradılmasına və  ilkin mərhələdə xarici şirkətlərin bu prosesə cəlb olunması həyata keçrilməli, bu sahəyə yetərincə diqqət ayrılmalıdır 

İqtisadçı ekspert Natiq Cəfərli  qeyd edir ki, kağız sənayesinin inkişaf etdirilməsi mühümdür:

"Kağız  məhsulları  ölkəyə əsasən  xaricdən idxal olunur. Bu sənayeni Azərbaycanda   inkişaf etdirmək üçün baza istehsalının yaradılmasına ehtiyac var.  Bildiymiz kimi, bu sahənin inkişafı meşə sənayesi ilə bağlıdır. Bu baxımdan ağacların sənaye üsulu ilə  becərilməsi, təkrar emal məsələsi gündəmə gəlməlidir. Qeyd edim ki, bir çox xarici dövlətlərdə, kağız istehsalında  təkrar emala daha çox üstünlük verilir. Belə ki, həmin ölkələrdə işlənmiş, köhnə və yaxud lazımsız kağız məmulatları əldə edilərək   sənaye sahəsinə ötrülərək, təkrar emal olunur.

Ölkəmizdədə bu baxımdan köhnə və yaxud lazımsız kağız məmulatları əldə edilərək verilməlidir ki, təkrar emal sənayesinin yaradılmasına şərait yaradılsın. Düşünürəm ki bu sahədə hansısa addımlar atılacaq. Çünki, ölkəmizdə  bunun üçün  yüksək potensal  var". 

Digər iqtisadçı ekspert Qadir İbarahimli  hesab edir  ki, kağız sənayesini ölkədə inkişaf etdirmək üçün, bu sahə  özəl dairələrin və şirkətlərin maraq dairəsinə gətirilməlidir: "Bilirsiniz, bu kifayət qədər çox mürəkkəb məsələdir. Azərbaycanın bu sahədə təcrübəsi yoxdur, ölkədə əvvəldən istehsal olmayıb. Dövlət iş adamlarına dəstək olmalıdır ki, bu sahəninin inkişafında hansısa işlər görülsün. Bu sahənin inkişaf etdirmək üçün xarici iş adamları, xarici investorların bu prosesə cəlb olunması həyata keçrilməlidir. İndiki halda isə bu bazar öyrənilməlidir, araşdırılmalıdır". 





Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs