news Image
2014.05.06
18:10
| A A A
Ötən ay Azərbaycanda 0,2% inflyasiya qeydə alınıb

Bu ilin aprel ayında Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin 0,2%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1% bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,2% bahalaşmasına səbəb olub. Movqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində qarabaşaq yarması, toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, qatıq, yumurta, portağal, banan, qoz, fındıq, şabalıd, göyərti, xiyarın qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişel, qoyun əti, kərə yağının, bitki yağları, limon, alma, armud, çuğundur, kök, kartof, kələm, baş soğan, sarımsaq, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunub. Aprel ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, inşaat materiallarının, iri alət və avadanlıqların, dərmanların, yanacaq və sürtgü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri ucuzlaşıb, digər ölkələr üzrə hava sərnişindaşıma və ölkədən kənara dəmiryol sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşıb.