news Image
2014.06.04
10:05
| A A A
Vergidən yayınanlar…
Elxan Vəliyev: «Bakıda olduğu kimi, mütəmadi olaraq yoxlamalar aparılmalıdır» Natiq Cəfərli: «Kassa aparatı quraşdıran sahibkarların müəyyən təşviq proqramı çərçivəsində mükafatlandırılması həyata keçirilə bilər»

Mövsümlə əlaqədar ölkəmizdə turizm sahəsində  bir canlanma müşahidə olunmaqdadır. Bir-birindən gözəl təbiəti olan bölgələrimizə artıq turist axını başlayıb. Lakin yerlərdə bir sıra ənənəvi problemlər yenə də yaşanır. Təbiət gözəl olsa da, turistləri özünə heyran qoyan hava, su olsa da, xidmət sahəsində hələ də istənilən səviyyəyə çatılmayıb. Mövcud problemlərdən biri də odur ki, bəzi xidmət obyektlərində kassa aparatları quraşdırılmır. Belə hallar ən çox da rayon mərkəzindən kənar obyektlərdə, təbiət qoynunda yaradılan  yeməkxana və restoranlarda, çayxanalarda olur. Bu vəziyyət həm müştərilərin aldadılmasına, həm də vergi yayınmalarına yol açır. 

Turizm sahəsi üzrə ekspert Elxan Vəliyev Movqe.az-a açıqlamasında məsələyə münasibət bildirib. Ekspertin sözlərinə görə,  hər bir xidmət sahəsində olduğu kimi, burda da hər bir vətəndaşın təfərrüatlı şəkildə məlumat almaq haqqı var ki, nəyə görə nə qədər pul ödəyir: "İkinci tərəfdən dediyiniz kimi, kassa paratlarının olmaması vergi yayınmalarına gətirib çıxarır. Bunların hamısı planlı şəkildə olmalıdır. Son illər turizm sahəsində xeyli işlər görülür. 2010-2014-cü il mərhələsində turizmin inkişafıyla bağlı sərəncamlar imzalandı. Onlara dəstək olmaq üçün müəyyən vergilərin azaldılması nəzərdə tutuldu, mehmanxana və mehmanxana tipli obyektlərin ödənişlərin azaldılması nəzərdə tutuldu və s. Amma bunların hamısı, söylədiyim kimi, planlı şəkildə olmalıdır. Çünki sahibi məlum olmayan bəzi obyektlər bunları əməl etməkdə maraqlı olmurlar. Belə olan halda vergidən yayınmalar çoxalır ki, onların qarşısı kəskin şəkildə alınmalıdır.  Bunun üçün ilk növbədə Bakıda olduğu kimi, mütəmadi olaraq yoxlamalar aparılmalıdır. Yoxlamaların keyfiyyəti də burda mühüm önəm daşıyır.  Vergilər  və Mədəniyyət və Turizm  nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən yoxlamalarda hansısa obyekt sahibi kassa aparatının olmamasına görə  ciddi cərimə edilsə, o biri obyekt sahibləri də bundan nəticə çıxaracaqlar. Və zamanla belə hallar getdikcə azalacaq". 

İqtisadçı-ekspert Natiq Cəfərli mövcud problemin qarşısını almaq üçün həm sahibkarlar arasında izahat işlərinin aparılmasını, həm də təşviqat kampaniyalarının keçirilməsini təklif ediR: "İlkin tədbir olaraq, əlbəttə ki, nəzarət funksiyaları gücləndirilməlidir. Lakin təkcə vergi orqanlarının nəzarətilə bu problemi həll etmək mümkün deyil. Bununla paralel olaraq sahibkarların məlumatlandlrılması, təşviq olunması prosesi də baş verməlidir. Yəni, sahibkarlar məlumatlanmalıdırlar ki, kassa aparatları quraşdırmasalar, vergidən bu yolla yayınsalar, buna görə onları hansı cəzalar gözləyir. Nəzərə almaq lazımdır ki, obyektlərin çoxu mövsümi xarakter daşıyır. Yalnız yaydan-yaya fəaliyyət göstrirlər, onların bəzilərinin qaydalaradan məlumatı da olmur. Ona görə də, geniş izahat işi aparmaq lazımdır.  Eyni zamanda təşviq proqramları olsa, daha yaxşı olar. Kassa aparatı quraşdıran sahibkarların müəyyən təşviq proqramı çərçivəsində mükafatlandırılması həyata keçirilə bilər. Bundan əlavə, bəzi ölkələrin praktikasında olduğu kimi, hər aparatdan vurulmuş çekin bir lotoreya biletinə çevrilməsini təmin etmək və s. olar. Bununla həm sahibkarlar, həm də dövlət orqanları birlikdə bu məsələləri həll edə bilərlər ki, həm alıcılarda, həm də sahibkarlarda kassa aparatında işləmək üçün, çek almaq üçün bir stimul yaransın". 



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs