Əlaqə Arxiv
news Image
2014.06.08
10:46
| A A A
Azərbaycan 10 min ton şəkər tozu satacaq
Qırğız Respublikası baş nazirinin birinci müavini Tayırbek Sarpaşev Bişkekdə keçirdiyi mətbuat konfransında Azərbaycanla ticarət əlaqələrdən də danışıb.

Movqe.az Azərtac-a istinadən xəbər verir ki ,  T.Sarpaşev deyib ki, Qırğız Respublikası Azərbaycandan 10 min ton şəkər tozu alacaq. Onun sözlərinə görə, artıq Azərbaycan hökuməti ilə danışıqlar aparılmış və şəkər tozunun alınması ilə bağlı müqavilə də imzalanıb. O deyib ki, şəkər tozunun bir kiloqramı Qırğızıstan bazarında 45 som (1 dollar- 53 som) olacaq ki, bu da bazar qiymətlərindən 15-20 faiz aşağıdır. Elə bilirəm ki, iki həftədən sonra artıq Qırğız bazarında Azərbaycandan gətirilmiş şəkər tozu satılacaq.

Baş nazirin birinci müavini qeyd edib ki, şəkər tozu ilə məşğul olan bəzi şirkətlər yay aylarında onun bir kiloqramını 60-70 soma qaldırırlar. Artıq bu mümkün olmayacaq və bu məhsulun qiyməti sabit qalacaq.
Sizin Reklam Yeriniz