news Image
2014.06.10
10:44
| A A A
6 rayonda qaz olmayacaq – SİYAHI

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz"-dan Movqe.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13.00-dan 15.00-dək Neftçala və Salyan rayonlarının bir hissəsinə, saat 13.00-dan 18.00-dək Şamaxı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq. Mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 12.00-dək Xaçmaz, təmir işləri ilə əlaqədar isə işlər başa çatanadək Yevlax və Lənkəran rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs