news Image
2014.06.10
13:37
| A A A
MTRŞ "ANS"-ə maliyyə yardımı ilə bağlı qərar verəcək-Özəl
Toğrul Məmmədov: ,"Şura tərəfindən telekanallara serial çəkilişi üzrə vəsaitin necə xərcləndiyini əks etdirən xüsusi hesabat forması müəyyən olunub"

""ANS" telekanalına serial çəkilişi üçün maliyyə yardımının bərpa olunub-olunmayacağı məsələsinə Şura qərar verəcək.  Amma bu məsələ yenə də ANS telekanalının təqdim edəcəyi hesabatdan asılı olacaq. Çünki, Şura tərəfindən  telekanallara serial çəkilişi üzrə vəsaitin necə xərcləndiyini əks etdirən xüsusi hesabat forması müəyyən olunub.Bu hesabtda onların götürdükləri öhdəliyə necə əməl etdikləri əks olunmalıdır".

Bu sözləri Movqe.az-a açıqlamasında  Milli Teleradio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov

bildirib. T. Məmmədovun sözlərinə görə, 2013-cü ilin oktyabrın 10-da ANS televiziyası ilə müqavilə imzalanaraq "Fatimə" serialının çəkilişi ilə bağlı Milli Teleradio Şurası tərəfindən 400 min manat pul ayrılıb. Həmin vəsait 3 hissədə - birinci dəfə 30 faiz, ikinci dəfə 50 faiz, üçüncü dəfə isə 20 faiz ödənilməli idi.  MTRŞ ANS-ə həmin pulun 80 faizini ödəyib. Amma ANS-in MTRŞ-ya təqdim etdiyi sənədlər müqavilə imzalanmazdan 5-6 ay əvvələ aiddir. Yəni, müqavilə ötən ilin oktyabrında imzalanıb, lakin ANS sənədlərdə adıçəkilən filmin 2013-cü ilin may ayından başlandığını göstərir.  Şura bununla bağlı adıçəkilən kanaldan hesabat tələb edir: Əgər ANS sənədləri MTRŞ-a təqdim edərsə, həmin kanala serialların çəkilişi ili bağlı vəsaitin ayrılması üçün heç bir problem olmayacaq. ANS-ə problemin aradan qaldırılması üçün vaxt vermişik". 

T. Məmmədov deyir ki, bu tələb maliyyə yardımı ayrılan bütün telekanallara aiddir: "Şura müəyyən etdiyi xüsusi hesabat formasını  maliyə yardımı ayırdığı bütün telekanallarda şamil edir. Telekanallar da xərclədikləri vəsaiti və sairi bu hesabat formasında tələb olunan şərtlərə cavab verən formada hazırlamalı və təqdim etməlidirlər".  

Qeyd edək ki, MTRŞ bu səbəbdən ANS-ə teleserialların çəkilməsi üçün  ayrılan 200 min manatın ödənilməsini dayandırıb.  

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının sonuncu iclasında Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən, milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz min) manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs