Əlaqə Arxiv
news Image
2014.06.10
15:38
| A A A
Həbsxanaya qazanda telefon keçimək istədilər-FOTO

2 saylı cəzaçəkmə müəssisəsinə 6 ədəd mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən xəbərə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3; 331.2; 331.3; 125; 150.2.5; 338.1; 341.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Anar Rəhim oğlu Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu Məhəmməd İsmayıl oğlu İsmayılovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman yeməklə dolu qazanın dibində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 (iki) ədəd "Nokia-1280" markalı, 1 (bir) ədəd "Nokia X6" markalı, 1 (bir) ədəd "TMT-T-M3" markalı, 1 (bir) ədəd "Nokia C2-01" markalı və 1 (bir) ədəd "Nokia-E6" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

 

 

Sizin Reklam Yeriniz