Bakıda "London taksi"lərindən şikayət var
Bakı Taksi MMC-ə məxsus London taksilərindən sərnişinlər narazılıq
edib. Movqe.az-a şikayətlənən sərnişinlərdən biri bildirib ki, bu
taksilərdə kondisioner sistemi olsa da, yay olmasına baxmayaraq
kondisoner hələ işləmir: "Bu taksinin xidmətindən istifadə edəndə
bildik ki, kondisioner işləmir. Sürücüyə şikayətləndik ki, hava
istidir, taksidə oturmaq olmur kondisioneri işə sal. Sürücü bizə
dedi ki, bağışlayın hələ bu taksilərin kondisionerinə şirkət
tərəfindən qaz vurulmayıb. Beləcə istidə taxsi bizi mənzil başına
çatdırdı. daha doğrusu biz özümüzü güclə mənzil başına çatdırdıq.
İstidən ürəyimiz sıxıla-sıxıla. Şirkətdən taksi sifariş verəndə
demirlər ki, ay müştəri kondisioneri işləmir".
Movqe.az Bakı Taksi MMC-ilə də əlaqə saxlayıb. Şirkətdən bildiriblər ki, bütün taksilərdə belə hal müşahidə oluna bilməz: "Ola bilər ki, bir-iki taksinin kondisionerə qaz vurulmayıb. Bu da yəqin sürücünün günahıdır ki, şirkətə bu barədə məlumat verməyib".