Əlaqə Arxiv
news Image
2014.06.10
16:48
| A A A
Azərbaycanda qız məhkum nişanlısı üçün bu "fədəkarlığı" da etdi
Bakı İstintaq Təcridxanasına krem qabında telefon keçirmək istəyən gənc qızın cəhdi baş tutmayıb. Movqe.az-a Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən xəbərə görə,  Cinayət Məcəlləsinin 317-2.1; 120.2.1; 120.2.4 və 120.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş Oqtay Zəkiyevə nişanlısı Şöhlə Həsənlinin gətirdiyi sovqata baxış keçirilən zaman sovqatın içərisində olan üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş "Nokia" markalı mobil telefon aparatı aşkar edilib.  Fakt üzrə araşdırma aparılır. 
Sizin Reklam Yeriniz