Əlaqə Arxiv
news Image
2014.06.25
10:30
| A A A
ABŞ son 40 ildə ilk dəfə yüngül neftin ixracına icazə verib

ABŞ Ticarət Nazirliyi Texas ştatında fəaliyyət göstərən 2 neft şirkətinə yüngül neftin ixracına icazə verib.


APA-nın Wall Street Journal nəşrinə istinadən verdiyi xəbərə görə, "Pioneer Natural Resources" və  "Enterprise Product Partners" şirkətlərinə belə fürsətin verilməsi ABŞ-da şist neft yataqlarının işlənməsi səbəbindən yüngül neft ehtiyatlarının artması ilə əlaqələndirilir.  Formal olaraq, minimal emal edildikdən sonra bu nefti  "neft məhsulları" kateqoriyasına aid etmək mümkün olacaq. Neft məhsullarının (benzin, dizel və s.) ixracı isə ABŞ-da azad rejimdə həyata keçirilir.   

 

Qeyd edək ki, ABŞ-da xam neftin ixracına qadağa 1973-cü ildən tətbiq olunur. Bu qərarın verilməsinə səbəb isə o zaman ərəb ölkələrinin neftin Qərb ölkələrinə ixracına qoyduğu embarqo olub.

 

Məlumata görə, ABŞ artıq avqust ayından başlayaraq neftin ixracına başlamaq niyyətindədir. Gündəlik ixrac olunacaq neftin həcminin 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır.  

Sizin Reklam Yeriniz