Əlaqə Arxiv
news Image
2014.06.27
13:09
| A A A
Bölgələrdə turistlər pos-terminalların yoxluğundan şikayət edirlər
Samir Əliyev: «Bir sıra stimullaşdırıcı addımlar atılmasına ehtiyac var» Fərhad Bayramov: «Banklar sahibkarları pos-terminalların qurulmasına həvəsləndirməlidirlər»

Başlanan turizm mövsümündə diqqət çəkən məqamlardan biri də regionlarda bir çox istirahət obyektlərində, xidmət mərkəzlərində pos-terminallar olduqca azlıq təşkil edir. Bir çox turistləsasən də əcnəbilər bu fonda nağdsız ödənişlər edə bilməmələrindən narazılıq edirlər.   

İqtisadçı ekspert Samir Əliyev Movqe.az-a bildirib ki, bu gün pos- terminallarıdan istifadə ən çox paytaxt Bakının payına düşür:  "Pos- terminalların quraşdırılması nağdsız ödənişlərin inkişafının bir tərkib hissəsidir. Ölkədəki nağdsız ödənişlər inkişaf edirsə, bunun səbəblərindən biri pos-terminallardır. Bununla bağlı son vaxtlar bir sıra işlər görülüb. İstər maarifləndrimə tədbirləri olsun, istər pos- terminalların sayının artırılması olsun. Ancaq təəssüf ki, quraşdırılan pos-terminalların əksəriyyəti paxtaxt Bakının payına düşür. Regionlarda pos-terminalların sayı həddən artıq azdır. Bu, onunla bağlıdır ki, infrastruktur yoxdur". 

Ekspert regionlarda pos-terminallardan istifadəni stimullaşdırmaq üçün maarfiləndirmə işlərinin artırılmasını, sahibkarlara vergi güzəştləri edilməsini, müştərilərə bonuslar verilməsini təklif edir. Eyni zamanda iqtisadçı nağd ödənişlərlə bağlı məhdudiyyət qoyulmasını da məqsədəuyğun sayır:  "Bunun üçün ölkədə pos-terminalların artırılması stimullaşdırımalıdır.  Belə ki, bir sıra stimullaşdırıcı addımlar atılmasına ehtiyac var. İlk növbədə maarifləndirmə işləri aparılmalıdır ki, insanlar nağdsız ödənişlərdən istifadə yollarından, bunun faydalarından xəbərdar olsunlar. İkincisi müəyyən məhdudlaşdırıcı tədbirlər görülə bilər. Tutaq ki, böyük dövriyyələrin nağd şəkildə aparılması qadağan edilə bilər. Məsələn, bəzi ölkələrdə 3000 avro, bəzi ölkələrdə 5000 avro hədd qoyulub. Bizdə də eləmək olar ki, məsələn, yalnız 2 min manata qədər nağd ödəniş etmək olar. Ondan yüksək məbləğ artıq köçürmə ilə olmalıdır. Burada kart vsitəsilə ödəmə nəzərdə tutulur.  Bundan əlavə müştərilərə bonuslar tətbiq eləmək olar. Eyni zamanda sahibkarlara vergi güzəştləri də tətbiq etmək olar. Sahibkar nəyə görə pos-terminaldan istifadə etməlidir? Nəzərə alanda ki, sahibkar vergi verir, üstəlik də pos-terminala görə pul verir, onda bu işdə maraqlı olmur. Belə ki, sahibkar dövriyyəyə hardasa 4%-ə qədər vergi verir, 1% də pos-terminala görə. Onun vergi yükü  5%-ə gəlib çatır. Ona görə də hökümət güzəştə getməlidir. Nağd ödənişlə qeyri-nağd ödəniş arasında fərq qoymalıdır. Tutaq ki, qeyri-nağd ödənişlərə görə vergini 2%-ə salmalıdır ki, sahibkar  ödənişi pos-terminalla etməyə maraqlı olsun. Bu tipli addımlar atılarsa, düşünürəm ki, regionalarda pos-terminallara tələbat da artar. Digər tərəfdən pos-terminallardan istifadənin zəif olmasının bir səbəbi də regionlarda iri marketlərin az ollmasıdır. Düzdür, bu istiqamətdə də irəliləyişlər var. İri supermarketlər getdikcə artır. Bunlar inkişaf etdikcə, sayı çoxaldıqca kartlardan istifadə imkanları da artacaq". 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadi tədqiqatçısı Fərhad Bayramov da məsələ ilə bağlı Mövqe.az-açıqlama verib. İqtisadçı problemin kökünü kommersiya bankları araında rəqabətlilik qabiliyyətinin az olmasında görür. Ekspert belə hesab edir ki, banklar sahibkarları pos-terminalların qurulmasına həvəsləndirməlidirlər.  Bunun üçün də, iqtisadçı hesab edir ki, banklar sahibkarlara faizsiz biznes kreditləri təklif edə bilərlər: "Ümumiyyətlə, Azərbaycanda nağdsız ödənişlərlə bağlı vəziyyət ürəkaçan deyil. Çünki günlük həyatda belə insanların plastik kartlarla  alış-veriş etmələri üçün ilk növbədə maddi-texniki baza yoxdur. Bu gün vətəndaşın əlində hər hansı bir plastik  kart olsa belə, o, bu kartı hər yerdə istifadə edə bilməyəcək. Yalnız mərkəzdə olan iri ticarət mərkəzlərində, paltar, ayaqqabı, aksessuar dükanlarında və s. istifadə edə biləcək. Xüsusən ərzaq satılan yerlərdə, bundan başqa şəhərdən kənarda yerləşən "Binə", "Sədərək" ticarət mərkəzi kimi yerlərdə bu kartlardan istifadə etmək imkansızdır. Pos-terminalların hər yerdə quraşdırılmamasına səbəb odur ki, sahibkarlar bu işdə maraqlı deyillər. Çünki əldə etdikləri gəlirdən pos-terminaldan istifadə qarşılığnda banka 1%-lə 5% arasında komisyon haqqı verməlidirlər. Bu, onlara maraqlı gəlmir. Nəzərə alanda ki, onlar bilirlər ki, Azərbaycan vətəndaşı hər zaman üstündə nağd pul gəzdirir, bu halda pos-terminalı zəruri saymırlar. Burada problem nə mağazada, nə yerli vətəndaşdadır. Burda məsələ sadəcə, kommerisya banklarının maliyyə bazarının inkişafında innovativ görünməmələridir. Səbəb isə odur ki, bu gün bank sektorunda rəqabət qabiliyyəti çox zəifdir. Hər bankın bəlli sayda müştərisi, konkret maliyyə mənbələri var. Əvvəllər bankalar ən çox əhaliyə verilən kreditlərdən qazanc əldə edirdi. İndi isə mağazalarda pos-terminallardan gələn 1-5% komisyon haqda onlara cüzi, maraqlı olmayan gəlirdir. Çünki əhalinin çox hissəsi kartdan istifadə eləmir. Lakin bankların innovativ fəaliyyətlə məşğul olması rəqabət qabiliyyətini artıra bilər. Bu, həm bankların maliyyə resurslarının artmasına da təminat verəcək. Sahibkarları bu işə stimullaşdırmaq üçün banklar onlara maraqlı təkliflər edə bilərlər. Məsələn, pos-terminalların qurulması qarşılığında verilən komisyon haqqı əvəzində bank sahibkara faizsiz biznes krediti təklif edə bilər. Bu, maraqlı göründüyü üçün mağazalar hamısı pos-terminalların qurulmasına razılıq verəcək. Pos-terminallar da hər yerdə olanda öz vətəndaşlarımız da, ölkəyə gələn xarici vətəndaşlar da bu xidmətdən rahatca istifadə edə biləcəklər. Bununla nağdsız ödənişlərin də sayı artacaq". 


Sizin Reklam Yeriniz