news Image
2014.07.03
07:45
| A A A
Otellərin daha bir çatışmazlığı üzə çıxdı
Yusif Vəliyev: “Bizdə regionlarda olan otellərin sayı çox deyil ki, onlar arasında rəqabət güclü olsun” Eldar Aslanov: “Şirkətlər tərəfindən uğurlu marketinq strategiyası işlənilməlidir”

Turizm xidməti ölkəni tanıdan xüsusi sektorlardan biri sayılır. Bunun üçün isə ilkin olaraq ölkədəki mövcud turizm potensialının tanıdılması vacibdir. Hazırda turizm sahəsində sözünü demiş ölkələr özünün istirahət mərəkəzlərinin dünya miqyasında tanınması istiqamətində mövsümdən asılı olmayaq, saysız xidmətlər təklif etməkdədirlər. Məsələn, qış və ya yay tətili üçün 6 ayəvvəlcədən çox ucuz qiymətə otel otaqları rezevrlənə bilir. Məsələn, yay aylarında minimum 150 manat ödəməklə "Yeni il" bayramı da daxil olmaqla 7 günlük Birləşmiş Ərəb Əmirliyində dincəlmək mümkündür. Yaxud da Türkiyədə yeni açılmış istirahət mərkəzlərinin məhz tanıdılması üçün yenə də həddindən artıq münasib şərtlərlə rastlaşa bilərik. Ucuz qiymətlərlə yüksək xidməti turizm sektoru yaxşı inkişaf etmiş digər ölkələr də həyata keçirməkdədir. Son illər ölkəmizdə turzim sürətlə inkişaf etsə də, hələlik bu cür güzəştli şərtlə turistlərin qəbul edilməsinə çox təsadüf edilmir.

Marektinq məsələləri üzrə ekspert Yusif Vəliyev bildirdi ki, işlər ilk öncə sistemli şəkildə aparılmalıdır: "Türkiyə turizmin inkişafı və ya marketinq baxımından həddindən artıq böyük uğurlar əldə edib. Azərbaycanın turizm sahəsində uğurları o səviyyədə deyil. İnkişaf üçün ilk növbədə infrastruktur olmalıdır. Məsələn, Türkiyədə bir regionda olan otellərin say çoxluğu və onlar arasındakı rəqabət həmin sistemin qurulmasına təkan verir. Amma bu gün bizdə regionlarda olan otellərin sayı çox deyil ki, onlar arasında rəqabət güclü olsun. İstirahət mərkəzlərinin sayı artarsa, bu, qiymətin aşağı düşməsinə səbəb olacaq. İkinci növbədə isə istənilən keyfiyyəti əldə etmək mümkün olacaq. Türkiyəyə axının çox olması orada qiymətlərin həddindən artıq ucuzluğu ilə bağlıdır. Bir regionda çoxlu istirahət mərkəzlərinin olması şərtdir. O zaman güclü rəqabət nəticəsində həmin marketinq üsulları işləyəcək. Ancaq hazırda Türkiyədəki marketinq üsulunun Azərbaycanda tətbiq edilməsi gözlənilmir".

Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov bildirdi ki, ölkədə turizmi inkişaf etdirmək üçün 3 üsuldan istifadə olunur: "İlk öncə turizm infrastrukturu qurulmalıdır. Yəni, istirahət mərkəzlərinin sayı çoxalmalı, yollar, xəstəxanalar, bank, internet, sığorta, nəqliyyat xidmətləri yaxşılaşdırılmalıdır. İkincisi, uğurlu marketinq strategiyası olmalıdır. Üçüncüsü isə peşəkar kadr lazımdır. Dediyimiz kimi, şirkətlər tərəfindən uğurlu marketinq strategiyası işlənilməlidir. Yaxşı müəəssisə tikmək, onu peşəkar kadrla təmin etmək işin iki hissəsini həll etməkdir. Üçüncü tərəfi isə müştərilə ora necə cəlb etmək məsələsidir. Yeni açılmış turizm müəssisələrinin tanıdılması üçün bir tərəfdən reklam aparılırsa, digər tərəfdən müxtəlif formalı tədbirlər, kampaniyalar vasitəsi ilə bunu böyük bazara təqdim etmək lazımdır. Vacib deyil ki, belə kampaniyaları turizm mövsümündə edilsin. Düzdür, Azərbaycanda buna bənzər az da olsa praktikalar var. Lakin tanıtma prosesi xarici bazarlar üçün genişləndirilməlidir. Həmkarlar İttifaqından, çoxsaylı işçi heyəti olan müəssisələrdən istifasdə edib, belə kampaniyaları həyata keçirə bilərlər. Eyni zamanda istirahət mərkəzləri sərnişindaşıyan şirkətlərlə əməkdaşlıq edərək bazara sürətli giriş edə bilərlər. Təəssüflər olsun ki, ölkəmizin tandılması istiqamətində dünyada aparılan təqdimat konkret otellər səviyyəsində aparılmır. Turizm şirkətləri aktiv olmalı, deyilən marketinq üsullarından istifadə etməlidirlər. Burada daha innovativ üsullar da tapıla bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs