news Image
2014.07.05
07:39
| A A A
"Kölgə iqtisadiyyatı" ilə büdcədən yayındırılan pullar
Əli Məsimli: ""Kölgə iqtisadiyyatı" leqallaşdırılarsa, o zaman büdcəyə ildə yüz milyonlarla manat əlavə vəsait daxil olar" Samir Əliyev: "Nağdsız dövriyyənin genişləndirilməsi ilə kölgə iqtisadiyyatına ciddi zərbə vurmaq olar"

Azərbaycanda az həcmdə olsa da "kölgə iqtisadiyyatı" mövcuddur və birrəqəmli hədlə ifadə olunur. Bu gün ölkədə həyata keçrilən siyasətin əsas prioritetlərindən biri də məhz "kölgə iqtisadiyyatı"nın tam aradan qaldırılmasıdır. Bu, həm də büdcəyə daha çox vəsait daxil olmasına imkan verər. Çünki, "kölgə iqtisadiyyatı" hökumətin nəzarətindən kənarda qalan sahədir və belədə burada qazanılan gəlir rəsmi uçotdan gizlədilir. Bir çox hallarda vergilərin yüksək olduğunu bəhanə edərək, sahibkarlar "kölgə iqtisadiyyatı"şəraitində işləməyə üstünlük verir. Lakin bu iqtisadiyyat sivil cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. "Kölgə iqtisadiyyatı"nın olması orada çalışanların əmək və sosial müdafiəsinin təşkilini də çətinləşdirir. Belə iqtisadiyyatda əməkçi ilə demək olar ki, heç bir əmək müqaviləsi imzalanmır. Heç şübhəsiz "kölgə iqtisadiyyatı" bütün dünyada var. İndii maraqlıdır, ölkəmizdə "kölgə iqtisadiyyatı"nı tam aradan qaldırmaq mümkündürmü? Bunun üçün hansı addımların atılması vacbdir?

Millət vəkili Əli Məsimlinin fikrincə, "kölgə iqtisadiyyatı"nın aradan qaıdırılması üçün bu sahə leqallaşdırılmalıdır: "Azərbaycanda "kölgə iqtisadiyyatı" leqallaşdırılarsa, o zaman büdcəyə ildə yüz milyonlarla manat əlavə vəsait daxil olar. Hazırda "kölgə iqtisadiyyatı" ölkədə 7 faiz paya malikdir və bu heç də kiçik göstərici deyil. "Kölgə iqtisadiyyatı"nın mövcudluğu nəticəsində istehsal olunan məhsulların vergidən yayınması baş verir. Bu sahə leqallaşarsa, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri də avtomatik artacaq. Bu da pensiyaların və aztəminatlı ailələrin sosial vəziyyətlərinin yaxşılaşmasına gətirib çıxaracaq. Eyni zamanda, "kölgə iqtisadiyyatı" ilə mübarizə aparılmasının üsullardan biri də cəmiyyət həyatının müxtəlif sahələrində islahatların dərinləşdirilməsi, bir sıra yeni qanunların qəbulu, mövcud qanunlardakı boşluqların aradan qaldırılması və s. istiqamətlərdə mübarizə aparmaqdan keçir. Bu sahəni sistemli islahatlar, cəmiyyətin demokratikləşməsi, şəffaflığı artırmaqla aradan qaldırmaq olar".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə bu qənaətdədir ki, sözügedən bəlaya qarşı mübarizədə ilk öncə nağdsız ödəmənin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir: "Azərbaycanda müəyyən həcmdə "kölgə iqtisadiyyatı" var. Onun leqallaşadırılması isə ümumi daxili məhsul istehsalının həcminin də daha böyük rəqəmlə ifadəsiən imkan verərdi. "Kölgə iqtisadiyyatı"ında gəlirlərdən hər hansı vəsait vergiyə cəlb olunmur. Nəticədə dövlət büdcəsi çətin duruma düşür. Əslində, çox ölkələrdə "kölgə iqtisadiyyatı" mövcuddur. Amma daha çox inkişaf etmiş. sivil cəmiyyətlərdə "kölgə iqtisadiyyatı"nın həçmi kiçikdir. Ancaq üçüncü dərəcəli ölkələrdə onun payı daha çox olur. "Kölgə iqtisadiyyatı"nı aradan qaldrımağın yollarından biri institusional islahatların aparılmasından keçir. Effektiv nəzarət mexanizmlərinin qurulmasına yönəlik addımlar atılmalıdır. Belə islahatarın aparılması dünya təcrübəsində sınaqdan keçib. Onun nəticəsində çox ölkədə "kölgə iqtisadiyyatı"na ciddi zərbə vurulub. Həmçinin, əksmərkəzləşməyə getmək də "kölgə iqtisadiyyatı"na ciddi əngəl olacaq. Əks mərkəzləşmə yolu ilə dövlət qurumlarında cəmləşən bir çox səlahiyyətlər bələdiyyə kimi yerli idarəetmə qurumlarına ötürülməlidir. Bildiyiniz kimki, bələdiyyələrə nəzarət sistemi daha güclüdür. Burada nəzarət prosesində əhali də birbaşa iştirak edir. Yəni bu yolda "kölgə iqtisadiyyatı"nın azaldılmasına yönəlik addımlardan biridir. Başlıca istiqamət isə nağdsız dövriyyənin genişləndirilməsi ilə bağlıdır. Adətən, nağd ödəmələr "kölgə iqtisadiyyatı"nın çiçəklənməsinə münbit şərait yaradır. Nağdsız ödəmələrdə isə onun əl-qolu demək olar ki, bağlanır. Amma Azərbaycanda təəssüf ki, nağdsız ödəmənin səviyyəsi arzuolunan səviyyədə deyil. Ona görə də, nağdsız ödəmənin həcminin artmasına xüsusi önəm verilməlidir. Habelə, güclü vətəndaş cəmiyyətinin mövcudluğu da bu bəlaya qarşı mübarizədə daha effektiv vasitə ola bilərdi. Bütün sadaladığım addımlar atılarsa, heç şübhəsiz "kölgə iqtisadiyyatı"na da ciddi zərbə vululacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs