Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Buğda istehlakında böyük paradoks
 
 
news Image
2014.07.11
07:18
| A A A
Buğda istehlakında böyük paradoks
Vahid Məhərrəmov: "Dünya ölkələri ilə müqayisədə görürük ki, ölkəmizdə bu sahədə israfçılıq var "

Ölkəmizdə istehsal edilən taxılın yarıya qədəri yalnız heyvan yemi üçün istifadə olunur. Daha çox taxıl isə sənaye ehtiyaclarına yönəldilir. Yalnız az bir miqdarından un istehsalı üçün istifadə edilir. Belədə əhalinin buğdaya olan ehtiyacı daha çox idxal hesabına təmin olunur.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, daxildə istehsal olunan buğdanın standartı bəlli olmadığından, onun böyük hissəsindən məhz heyvan yemi üçün istifadə edilir: "Ölkəmizdə istehsal olunan taxıl məhsulu yemçilikdə də nəzərə alınır. Dünyada istehsal olunan buğdanın həcmi təxminən 700 milyon tondur. Bunun da yalnız 490 milyon tonundan ərzaq buğdası kimi istifadə olunur. Bir hissəsindən də heyvandarlıqda və yaxud digər sahələrdə də istifadə edilir. Ölkədə istehsal olunan taxılın əsas hissəsi yemçilikdə istifadə olunmalıdır. Mal-qara üçün qüvvəli yemin hazırlanmasında bu komponentlərdən, qarğıdalı, arpa, buğdanın özündən istifadə edilir. Bəla burasındadır ki, un üyütmədə istifadə olunan Azərbaycanda istehsal olunan buğdanın əsas hissəsindən yem kimi istifadə olunur. Niyə biz xaricdən buğda idxal edir, özümüzün istehsalını isə mal-qaraya yemləyirik? Bu, ondan irəli gəlir ki, istehsal olunan buğdanın standartı bəlli deyil. Yəni Azərbaycan fermerləri bu qədər əzab-əziyyət çəksələr də, sonda məhsulu kandisiyaya çatdıra bilmirlər. Məhsul bunkerdən çıxandan sonra qısa müddətdə qurudulmaya ehtiyac varsa, qurudulmalıdır, bundan sonra da təmizlənməlidir. Daha sonra çeşidlənmə işləri həyata keçirilməli, siniflərə - 1, 2, 3, 4, 5-ci siniflərə ayrılmalıdır. Buna uyğun olaraq qiymətlər müəyyənləşməlidir. Amma təəssüf ki, Azərbaycanda bu işlər reallaşdırılmır. Baxmayaraq ki, bu sahəyə kifayət qədər böyük həcmdə maliyyə vəsaiti, subsidiyalar ayrılır, müasir texnikalar gətirilib fermerlərə verilir, ancaq bu sektorda əldə olunan məhsul kandisiyaya çatdırılmır. Bu işlər aparılmadığından siniflər üzrə nə qədər buğdanın olduğu da bəlli deyil. İstehsal olunan buğdanın bir hissəsi toxuma da gedir. Bu, ümumiyyətlə, düzgün deyil. Çünki, toxumun özünün standartı var və ona uyğun olmalıdır".

V. Məhərrəmov qeyd etdi ki, problemin həlli üçün müəyyən standartlar var: "Superelit buğda olmalıdır. İstehsal prosesində aqrotexniki qaydalara tam əməl olunmalıdır. Bitkinin qidaya və suya olan tələbatı da vaxtında ödənilməlidir. Alaq otlarının inkişafına imkan yaradılmamalıdır. Zərərverici və xəstəliklərə qarşı ciddi profilaktik tədbirlər görülməlidir. Məhsul zamanında biçilib, qurudulmalıdır ki, sonda əldə olunan məhsulun keyfiyyəti də yüksək olsun. Azərbaycanda isə bu şərait yoxdur. Belə olan halda da əldə edilən məhsulun keyfiyyəti çox aşağı həddə olur. Dövlət Taxıl Fondu buğda qəbulu ilə bağlı elan verib. Bu fond ilk yaranan ildə 1000 tona yaxın yerli məhsul qəbul etdi. Lakin sonrakı illərdə yerli istehsaldan fonda buğda qəbul olunmayıb. Çünki, yerli istehsal standarta uyğun deyil. Bu, ciddi məsələdir. Bizə elə gəlir ki, primitiv yolla da nəsə əldə etmək olar. Ancaq bu mümkün deyil. Ərzaq buğdasına olan tələbatın ödənilməsi üçün taxılçılıq sahəsində kifayət qədər ciddi işlər görülməlidir. Hətta taxıl məhsulundan heyvandarlıqda istifadə olunsa da, keyfiyyət göstəricilərinə cavab vermədiyindən, normal süd, ət əldə edə bilmirik. Bu da ona dəlalət edir ki, heyvandarlıqda məhsuldarlığın aşağı olmasında taxıldan alınan yemin keyfiyyətinin aşağı olmasının rolu vardır. Taxılçılığa ciddi fikir vermək, bu sahədə fermerlərin bilgisini artırmaq, suvarma suyuna olan ehtiyacın vaxtında ödənilməsi yolu ilə ölkəmizdə də insanların istifadə edə biləcəyi keyfiyyətli buğdanın alınmasına nail ola bilərik. O cümlədən çalışmalıyıq ki. yeni sortlar yaradıb, onu rayonlaşdıraq, toxumçuluğun inkişafına da ciddi diqqət yetirmək gərəkdir. Bunlar məsələnin həlli istiqamətində aparıcı addımlar olmalıdır. Azərbaycanın ərzaq buğdasına olan tələbatı 1,3 milyon tondur. Keçən il isə buğda unu ilə birlikdə 1,5 milyon ton buğda idxal etmişik. Onun da bir hissəsindən spirt istehsalı və digər məqsədlər üçün istifadə olunur. Buradan belə çıxır ki, Azərbaycan özünün ərzaq buğdasına olan ehtiyacını əsasən idxal hesabına ödəyir. Belə olan halda düşünmək olar ki, Azərbaycanın istehsal etdiyi buğda tamamilə yemçilikdə istehlak edilir. Fermerlərin bəzilərinin öz ehtiyacı naminə dərmanda buğda üyütməsi isə çox cüzidir. İnanmıram ki, 100 min ton olsun. Dünya ölkələri ilə müqayisədə görürük ki, ölkəmizdə bu sahədə israfçılıq var. Dünyada adambaşına taxıl istehsalı təxminən 300 kiloqramdır. Azərbaycanda istehsal adambaşına 300 kq-dan çox olduğu halda, 150 kq da idxal olunur. Belədə adambaşına taxıl istehsalının 450 kq olduğunu görürük. Belədə ehtiyacımızı tam ödəməklə yanaşı, bir hissəsini də ixrac edə bilərdik. Amma necə olur ki, 450 kq ilə bunun öhdəsindən gələ bilmirik? Buğda istehsalı məsələsində belə paradokslar var".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs