news Image
2014.07.16
07:36
| A A A
Heyvandarlığın təbiətə vurduğu böyük ziyan
Sadiq Salmanov: "Heyvanlar cavan pöhrələri yeməklə gələcəkdə meşənin bərpası üçün nəzərdə tutulan təbii bərpanı, yəni kiçik ağacları məhv edir" Samir İsayev: "Dağlarda örüş və çəmənliklərin məhvində xırda buynuzlu, meşələrin məhvində isə iri buynuzlu mal-qaranın rolu böyükdür"

Aparılan araşdırmalar göstərir ki, torpağın errorziyaya məruz qalmasında xırda və iribuynuzlu mal-qaranın rolu heç də az deyil. Eyni zamanda yaşıllıqların, xüsussən də ağac pöhrələrinin sıradan çıxmasında da bu heyvanlar əsas yerlərdən birini tutur. Bu fonda o da xüsusi qeyd edilməlidir ki, son illər Azərbaycanda heyvandarlıq sürətlə inkişaf edir. Bunun nəticəsində mal-qaranın sayında artım var. Lakin bu, həm də daha çox ağac pöhrələrinin məhvi və torpağın heyvanlar tərəfindən errorziyaya məruz qalması deməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Salmanov da qeyd etdi ki, iri buynuzlu heyvanlar ölkənin meşə massivi və otlaqlarına ciddi ziyan vurur: "İri buynuzlu heyvanların meşələrdə otarılması təbii bərpanı, cavan meşəlikləri məhv edir. Heyvanlar cavan pöhrələri yeməklə gələcəkdə meşənin bərpası üçün nəzərdə tutulan təbii bərpanı, yəni kiçik ağacları məhv edir. Amma təkcə iri buynuzlular deyil, xırda buynuzlu heyvanlar da meşələrə ziyan vurur. Ona görə də meşə ərazilərində mal-qara otarılması qadağandır. Bu qadağanı pozan heyvan sahibləri cərimələnirlər. Mal-qaranın meşə massivində otarılması tamamilə dayanarsa, meşə özü-özünü bərpa edə bilər. Deməzdim ki, meşələrin və torpağın məhvində əsas rolu mal-qara oynayır. Amma belə konkret hallar da var. Mal-qara yarımqapalı sistemə keçirilərsə, belə dağıdıcı halların qarşısı da müəyyən dərəcədə azalar. Mal-qara xüsusi fermalarda saxlanılmalı, burada onların yemlənməsi təşkil edilməlidir. Azərbaycanda qış və yay otlaq sahələri olduqca azdır. Heyvanların sayı isə otlaq sahəsinə düşən normadan qat-qat artıqdır. Bu səbəbdən problemdən çıxış yolu mal-qaranın yarımqapalı sistemə keçməsidir. Problemin həll olunmaması meşə və torpaq qatının bərpa prosesini ləngidə bilər".

Müstəqil ekoloq Samir İsayev də təklif etdi ki, mal-qara yarımqapalı sistemə keçirilməlidir. Belə olarsa, onun fikrincə, otlaqlar, meşəliklər, habelə torpaq qatının məhv olunmasının qarşısı xeyli dərəcədə alınar: "Əslində, iri buynuzlu heyvanlarla müqayisədə otlaqları daha çox xırda buynuzlu heyvanlar məhv edir. Xüsusən də dağlarda örüş və çəmənliklərin məhv edilməsində xırda buynuzlu mal-qaranın rolu çoxdur. Onlar nəinki otlayan zaman, həm də dırnaqları ilə kökü çıxarmaqla, bitkinin tamamilə məhvinə bais olurlar. İri buynuzlu heyvanlar isə daha çox meşələrə ziyan gətirir. Xüsusən də meşə fondundan kənar olan ağac və kolluqlara zərəri dəyir. Onlar ağacların pöhrəsini yediyindən, bu da meşələrin seyrəlməsi, nəticə etibari ilə onun məhvinə səbəb olur. Bu məsələ ilə bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ətraf mühit üzrə mütəxəssislər tərəfindən məsələ qaldırılıb. Azərbaycanda intensiv heyvandarlığa, yəni ferma üsullu heyvandarlığa keçidi sürətləndirmək lazımdır. Amma təəssüf ki, məsələ dövlət proqramında öz əksini tapsa da, bir sıra hallarda Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 10-15 min manatlıq kreditlər məhz heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə verilir. 10-15 min manata sahibkarın heyvandarlığı artırması mümkün deyil. Belə olanda aldığı kreditə az miqdarda mal-qara alıb, onu da örüş və çəmənliklərə buraxacaq. O baxımdan düşünürəm ki, məsələyə fundamental, kompleks yanaşmaq gərəkdir. Çünki, göstərilən səylərə baxmayaraq, bu vaxta kimi, təbiətə olan basqıların qarısını almaq mümkün olmayıb. Digər tərəfdən, regionların sosial iqtisadi inkişafı ilə bağlı ölkədə proqramlar həyata keçirilir. Bu istiqamət üzrə xeyli kredit ayrılır. Amma hər bir halda intensiv, yəni ferma üsullu heyvandarlığa keçməyin vaxtı çoxdan yetişib. Nümunə üçün deyim ki, Avstraliyanın təbiətini qoyunlar məhv edib".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs