news Image
2014.07.17
16:23
| A A A
Quş ətinin qiyməti artır
Vahid Məhərrəmov: «Əgər yem qiymətləri artan xətt üzrə davam edərsə, onda bu məhsullar yenə də bahalaşacaq»

Son bir ay ərzində ölkədə quş ətinin bahalaşması müşahidə olunur. Məlumata görə, diri ev quşları 0,2%, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə  21,6% bahalaşıb. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkədə müşahidə olunan bu bahalaşmanı şərtləndirən amillərdən danışıb. Ekspert quş ətinin qiymətinin artmasını son vaxtlar heyvan yeminin bahalaşması ilə əlaqədar olduğunu deyir: "Son vaxtlar həm mal-qara, həm quş yemi bahalaşıb. Yemin bahalaşması həmin anda hiss olunmur. Nə vaxt ki ət və ət məhsulları, süd və süd məhsulları bahalaşır, o zaman istehlakçı onun təsirini hiss edir. Nəzərə almaq lazımdır ki, yem ətin qiymətində 65-70% rol oynayır. Digər xərcləri də hesablayanda, sahibkar üçün baha yem alıb ucuz ət satmaq sərfəli olmur. O məcbur olur ətin qiymətini artırsın ki, öz xərcləri  ödəsin. İndi quş ətinin qiymətində müşahidə olunan bahlaşma da məhz  bu amillə bağlıdır. Həm quş əti, həm də yumurtanın qiymətində artım müşahidə olunub. Əgər yem qiymətləri artan xətt üzrə davam edərsə, onda bu məhsullar yenə də bahalaşacaq. 

Nəzərə alınmalı olan amillərdən biri odur ki, Azərbaycan müəyyən məhsulları idxal edən ölkələrdən biridir. Dünya bazarında qiymətlərin hansı istiqamətdə dəyişmsi bizə də təsir edir. Artıq avqust ayında dünyada taxılın, yemin, buğdanın qiymətinin necə olacağı bilinəcək. Bunu dünyanın ən böyük buğda ixracatçısı olan Amerikada istehsalın həcmi müəyyənləşdirəcək. Əgər istehsal çox olarsa, qiymətlər düşəcək. Əksinə olanda isə, yem bahalaşacaq ki, bu da yenidən ət və ət məhsularının qiymətində öz əksini tapacaq". 





Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs