news Image
2014.07.25
07:19
| A A A
Azərbaycanın Ukraynaya yatırdığı sərmayə üzərində böyüyən təhlükə
Samir Əliyev: " Ukraynada baş verən son hadisələr Azərbaycan müəssisələrinin oradakı fəaliyyətinə təsir göstərə bilər "

Ukraynada vəziyyət getdikcə pisləşir. Burada hökumət qüvvələri ilə separatçılar arasında davam edən hərbi toqquşmalar həm də ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Belə ki, əhalinin bir hissəsinin səfərbərliyə alınması, nəqliyyat infrastrukturunun əsasən hərbi məqsədlər üçün işləməsi fonunda iqtisadiyyatın qeyri-hərbi digər sahələri tənəzzülə uğramaq təhlükəsi qarşısındadır. Hələ onu demirik ki, birbaşa hərbi əməliyyatların getdiyi Donetsk və Luqansk vilayətləri Ukraynanın əsas iqtisadi rayonları hesab olunur. Bütün bunlar hazırda Ukraynada iqtisadi həyatın da heç də yaxşı məcrada getmədiyindən xəbər verir. Ölkədə cərəyan edən bu vəziyyətin tezlikdə sona çatacağına da ümid yoxdur.

Onu da xatırladaq ki, bir sıra ölkələrlə yanaşı, Azərbaycan da həm dövlət, həm də özəl sahədə Ukraynaya müəyyən qədər sərmayə yatırıb. Bu xüsusda əsasən də Azərbaycan Dövlət Neft Şirkəti daha fəaldır. Onun tərəfindən, burada xeyli sayda yanacaqdoldurma məntəqlərəii açılıb. Amma Ukraynada hazırda hökm sürən vəziyyət bura sərmayə yatırmağın risqli olduğunu düşünməyə əsas verir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev belə bir təhlükənin ola biləcəyini istisna etmədi. Amma eyni zamanda, qeyd etdi ki, burada ciddi təhlükədən də söhbət gedə bilməz: "Təbii ki, Ukrayna Azərbaycanın əsas tərəfdaşlarından olan ölkələr sırasında yer alır. Vaxtilə Azərbaycan Dövlət Neft Şirkəti Ukraynada neftayırma zavodunu almışdı. Bu Azərbaycanın həmin ölkəyə sərmayə yatırması ilə bağlı bir nümunədir. Başqa istiqamət üzrə də bir sıra Azərbaycan şirkətləri orada fəaliyyət göstərir. Onlar arasında özəlləri də var. Ukraynada baş verən son hadisələr Azərbaycan müəssisələrinin oradakı fəaliyyətinə təsir göstərə bilər. Bu ölkədə Rusiya və Türkiyədən sonra işləməyə gələnlər arasında azərbaycanlılar üçüncü yeri tutur. Baş verən hadisələr oradakı soydaşlarımızın biznesi üçün də müəyyən problemlər yaradır. Düzdür, Ukrayna hadisələri bura sərmayə yatıran Rusiya və Türkiyə şirkətlərinə daha ciddi ziyan vurur. Azərbaycana vurduğu ziyan isə o qədər də ola bilməz. Amma prosesin uzanması Ukraynanın iqtisadi vəziyyətinə mənfi təsirlərini göstərəcək. İqtisadi vəziyyətin pisləşməsi isə oradakı şirkətlərimizə də anoloji mənfi təsirlərini göstərə bilər. Lakin ölkə üzrə yanaşdıqda, bu prosesin Azərbaycana iqtisadi baxımdan mənfi təsirlərini görmürəm. Bu baş versə də, az olacaq, ciddi təsirinin olacağı inandırıcı sayılmır. Sadəcə olaraq, ora yatırılan investisiyaların batması ehtimalı artıb. Prosesin uzanması fonunda ora Azərbaycanın yatırdığı sərmayənin geri qaytarılması məsələsinə gəldikdə, bunun üçün ölkəmizin ora hansı istiqamətdə sərmayə yatırdığını dəqiqləşdirməliyik. Bir istiqamət Ukraynadakı neftyatırma zavodunun alınmasıdır ki, vaxtilə bu istiqamətdə addım atılıb. Amma bütün hallarda baş verən hadisələr fonunda sərmayənin geri qaytarılmasından təbii ki, söhbət gedə bilməz. Bu fors-major bir hadisədir. Dövlət burada investorun hüququnu pozmur ki, ikinci də onu məhkəməyə versin. Ukraynada vəziyyət dövlətin hüquqlarından kənar bir situasiyadır. Bu baxımdan sərmayənin geri çəkdirilməsindən söhbət gedə bilməz. Olsa-olsa, sərmayədarın yerli biznesi dəyər-dəyməzinə satıb, bazarı tərk etmək halı ilə rastlaşa bilərik. Bunun başqa bir variantı yoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs