news Image
2012.07.11
17:39
| A A A
Kəmər sıxan İspaniya Əlavə Dəyər Vergisini artırdı

Movqe.az xəbər verir ki, Avropa Birliyinin İspaniyaya büdcə hədəflərini tutturması üçün verdiyi müddəti bir il uzatmasından sonra, Madrid rəhbərliyi, borc böhranı ilə mübarizə üçün tətbiq olunacaq yeni qənaət tədbirlərini açıqlayıb.

Baş nazir Mariano Rajoyın parlamentdə açıqlanan yeni tədbirlər palnı Əlavə Dəyər Vergisində yüzdə 3 artımın yanında, ictimai xərclərdə də bir il içində təxminən 30 milyard avroluq fasilə nəzərdə tutur.

Bundan əlavə Rajoy, yüksək məmur maaşlarında kəsilməyə gediləcək yeni proqram çərçivəsində, ictimai islahat adı altında 3,5 milyard avro qənaət təmin ediləcəyini açıqlayıb.

İşsizliyin yüzdə 24-ə yüksəldiyi ölkədə yeni qənaət önləmələri ylə Əlavə Dəyər Verigisnin artırılması müxalifətin reaksiyasına səbəb olub.

Borc böhranı ilə birlikdə kəmər sıxmağa davam edən İspaniyanın 2012-ci hədəfi büdcə əskiginin ümumi daxili nisbətini yüzdə 6,3-ə çəkməkdir. Bunun 2013-cü ildə yüzdə 4,5, 2014-cü ildə isə yüzdə 2,8 olması gözlənilir.

Tural QABİLOĞLU   

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs