news Image
2014.09.05
07:36
| A A A
Azərbaycan liderliyini qoruyub saxlayır
Vüqar Bayramov: «Azərbaycan gələcəkdə baş verə biləcək hər hansı qlobal böhranların təsirindən indidən sığortalanıb»

Məlum olduğu kimi Dünya İqtisadi Forumunun (WEF) "Qlobal rəqabətqabiliyyətlilik hesabatı 2014-2015" (Global Competitiveness Report 2014-2015) adlı hesabatına açıqlanıb və burada 144 ölkə arasında 38 pillədə yerləşib. Azərbaycan sözügedən hesabatda ötən ilki göstərici ilə müqayisədə bir pillə irəliləyib. Hesabata görə, biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə Azərbaycan 10-cu yeri tutduğu halda, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-yeri tutub.. İnflyasiyanın səviyyəsinə görə isə Azərbaycan birinci yeri tutub. Hesabatda bildirilir ki, makroiqtisadi stabilliyə görə Azərbaycan 9-cu, əmək bazarının effektivliyi üzrə 33-cü yerləri tutub. Qeyd edək ki, ölkəmiz göstəriciləri üzrə regionun digər dövlətlərindən daah yaxşı göstəriciyə malikdir. Ümumiyyətlə, ölkəmiz MDB məkanında ən yüksək nəticə göstərib. 7 mümkün xaldan 4,53 xal toplayan Azərbaycan yuxarıda göstərildiy kimi keçənilki göstərici ilə müqayisədə 1 pillə irəliləyib.

Ekspert Vüqar Bayramov bildirir ki, Azərbaycanın bu indeksə görə MDB ölkələri arasında yenə də birincı olması sevindirici olmaqla yanaşı eyni zamanda ölkəmizin artan iqtisadi gücünü göstərir. Hesabatdan görünür ki, MDB ölkələri arasında Azərbaycana ən yaxın olan ölkəni bizdən 12 bal ayırır. Qazaxıstan 50-ci yerlə ilk əliliyə daxil olan ikinci dövlətdir. Ermənistan isə 85-ci yerlə hesabatın sonlarında gəlir. Hesabatın metodologiyasına əsasən, ölkələr üzrə rəqabətqabiliyyətlik indeksi 3 əsas kateqoriya üzrə aparılır. Birinci kateqoriya üzrə əsas tələblər nəzərə alınılır. Bu kateqoriyada ölkəmizdə fəaliyyət göstərən institutların vəziyyəti, infrastruktur, makroiqtisadi mühit və orta təhsil və səhiyyə üzrə qiymətləndirmələr aparılır. Son hesabatda Azərbaycan makroiqtisadi mühitə görə dünya ölkələri arasında 9-cu sıradadır. Praktik olaraq bu Azərbaycanın makro-iqtisadi mühit səviyyəsin görə, dünyada ilk onluğa daxil olduğundan xəbər verir. Makroiqtisadi mühitin kəskin yaxşılaşması ölkəmizdə son aparılan makroiqtisadi islahatlar o cümlədən electron hökumətin elementlərinin tətbiq edilməsi ilə bağlıdır. Proseduraların elektronlaşdırılması iqtisadi idarəetmənin səmərəlikliyini artırmaqla yanaşı, eyni zamanda ölkədə şəffaflığın genişlənməsinə gətirib çıxarıb. Səhiyyə kateqoriyasına daxil edilən indikatorların əksəriyyəti üzrə də Azərbaycan ilk onluğa daxil ola bilmişdir.

Qiymətləndirmədə ikinci qrup indikatorlar səmərəlilik üzrə təsnifləşdirilib. Bu qrup üzrə təhsilin keyfiyyəti daxil olmaqla bazarın ölçüsü, maliyyə bazarının inkişafı kimi indikatorlardan istifadə edilib. Bu qrup üzrə də Azərbaycanın mövqeyində kəskin irəlləyişlər müşahidə edilib. Sonuncu qrup isə innovasiya səviyyəsinin qiymətləndirilməsidir ki, bura da ölkəmizin mövqeyi yüksək sıralardadır.

Hesabatın təhlili göstərir ki, Azəbaycan bir sıra indikatorlar üzrə dünyada ilk yerlərdən birini tutur. Məsələn, biznesə başlamaq indikatoruna görə Azərbaycan dünyanın bütün ölkələri üzrə ilk onluğa daxil olub. İnflyasiya səviyyəsinə görə, Azərbaycan dünyada liderdir və başqa bütün ölkələri qabaqlayır. Rezervrləin Ümumi Daxili Məhsuldakı payına görə, Azərbaycan dünyada 9-cu yerdədir. Bu isə məhz Azərbaycan iqtisadiyyatında artıq sığorta yastığının formalaşdırıldığından və ölkəmizdə dayanıqlı inkişafın təmin olunduğundan xəbər verir. Digər tərəfdən, xarici borcun ÜDM-də payına görə ölkəmiz dünyada 12-cidir. Biz, bu kateqoriya üzrə nəinki inkişaf etməkdə olan hətta əksər inkişaf etmiş ölkələri də geridə qoymuşuq. Deməli, bir tərəfdən Azərbaycanın valyuta rezervləri artır, digər tərəfdən isə xarici borcun ÜDM-də payı minimuma enir. Bu isə o deməkdir ki, Azərbaycan gələcəkdə baş verə biləcək hər hansı qlobal böhranların təsirindən indidən sığortalanıb. Qeyd edək ki, xarici borcum ölkəmizin ÜDM-də payı cəmi 8 faizdir. Digər əhəmiyyətli məqam dövlət gəlirlərinin ÜDM-də payına görə ölkəmizin ilk on beşliyə daxil olmasıdır. Bu isə ölkənin gəlirlərinin stabil və daimi artıdığından xəbər verir.

Beynəlxalq qiymətləndirmə göstərir ki, ölkəmizdə son illər ciddi insitutsional inkişaf qeydə alınmışdır. Belə ki, Azərbaycan biznes xərcinə görə dünyada ən yaxşı onluğa daxil ola bilib. İnvestorların hüquqlarının müdafiəsi sahəsində biz bir sıra inkişaf etmiş ölkələri geridə qoyaraq dünya dövlətləri arasında 22-ci yerə yüksələ bilmişik. Sənəddən görünür ki, Azərbaycan son illər gender iqtsiadiyyatında da ciddi uğurlara imza ata bilib. Belə ki, ölkəmiz işçi qüvvəsində qadınların xüsusi çəkisinə görə dünya ölkələri arasında ilk iyirmiliyə daxil ola bilib. Bu isə müstəqiliyini sadəcə 20 ildən bir az artıq müddət öncə bərpa etmiş əhalisi əsasən müsəlman olan dövlət üçün kifayət qədər böyük uğurdur.

Hesabatda əhəmiyytli məqamlardan biri Azərbaycanda məhsuldarlıq səviyyəsinin yüksək olmasıdır. Belə ki, dünyanın əksər ölkələrinin bu sahədəki ciddi rəqabətinə baxmayaraq Azərbaycan bu kateqoriya üzrə ilk 35-ə daxil olub. Azərbaycan bu kateqoriya üzrə dünya ölkələri arasında 34-cü yerdədir. İxtisaslı kadrlarn cəlb edilməsi imkanlarına görə də hesabatda 34-cü yerdə qərarlaşmışıq ki, bu da region ölkələri arasında ən yaxşı, dünyada isə ən yaxşılarından olduğumuzu göstərir. Hesabat hazırnana zaman hə iş adamları arasında 100-dən artıq sualdan ibarət olan sorğu keçirildiyini və Dünya İqtisadi Forumu müxtəlif mənbələrə, məsələn, beynəlxalq təşkilatların hesabatlarına istinad etdiyini nəzərə alsaq sənədin ciddiliyini qiymətləndirmək çətin olmaz. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq hesabatlarda liderliyini qoruyub saxlayir və gələcəkdə də ölkəmizin mövqeyi dəyişməyəcək.