news Image
2014.09.15
10:05
| A A A
GMO-ya qarşı daha bir mübarizə üsulu açıqlandı
Eyyub Hüseynov: «Genetik modifikasiya olunmuş məhsullar hələ də əkilib-yetişdirilir, markalanmadan satılır, xaricdən gətirilir»

Son illər bütün dünyada, eləcə də Azərbaycanda geni modifikasiya olunmuş məhsullarla  (GMO) bağlı narahatlıqlar səngimək bilmir. Sadə vətəndaş üçün təbii ərzaqla GMO-nu ayırmağın demək olar ki, mümkünsüz olması vəziyyəti daha da çətinləşdirir. Dünya ölkələri bu qidalara qarşı mübarizədə çox müxtəlif yollara əl atırlar. GMO-ların ölkə ərazisinə idxalına qadağa qoyan ölkələrlə yanaşı, Rusiya kimi cərimə sanksiyası tətbiq edənlər də var. Belə ki, Rusiyada üzərində GMO olub-olmadığı yazılmayan məhsulun satışına icazə verən şəxslərə, həmçinin satışı həyata keçirnlərə böyük miqdarda cərimə cəzası tətbiq olunur. Oxşar praktikanın Azərbaycanda da tətbiqi zəruri sayılır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Movqe.az-a bildirib ki, əslində, bir neçə il öncə "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub: "Qanunun 16-cı maddəsində göstərilir ki,  Azərbaycanda satılan və tərkibində GMO olan mallar markalanmalıdır. Qanun qəbul olunubsa, mütləq onun məsuliyyəti də olmalıdır. Azərbaycan bu haqda bir sıra beynəlxalq konvensiyalara qoşulub, lakin ölkədə genetik modifikasiya olunmuş məhsullar hələ də əkilib yetişdirilir, markalanmadan satılır, xaricdən gətirilir və s.".

Qurum sədri onu da deyib ki,  bu gün bazarda olan qarpızların böyük əksəriyyəti GMO-dur. Kartofların da 40%-i haqda bunu demək olar. Lakin bunların heç biri markalanmır: "Baxmayaraq ki, ölkədə yoxlama üçün laborotoriyalar var, amma bu labotoriyalar demək olar ki, heç bir iş görmür. 1 ildən çoxdur ki, bu laborotoriyala fəaliyyət göstərsə də, ortada bir nəticə yoxdur. GMO artıq körpə qidalarının da tərkibində var. Ölkədə GMO haqda danışarkən belə başlıqda təqdim eləmək olar ki, "cin artıq şüşədən çıxmışdır". Bunun qarşısını almaq da mümkün deyil. Sürətlə ətraf mühitə zərər vurur. Çox təəssüflər olsun ki, kimsə bunun məsuliyyətii dərk eləmir. Mən iki il öncə rayonların birinə əkilən və 4 dəfə artıq məhsuldarlıq verən qarğıdalı haqda cəmiyyətə, hökümət orqanlarına böyük mesaj verdim ki, qarşısı alınsın. Lakin bir iş görülmədi. Artıq Azərbaycan bu məsələdə gecikib. Qanunvericilik aktları qəbul olunsa da, müvafiq orqanlar daha çox seyrçi mövqedən çıxış edirlər".