news Image
2012.04.09
18:02
| A A A
Mənzillər ipoteka kreditələri il ədə satılmır
Səbəb sözügedən kredit nbvlərinin şərtlərinin hələ də ağır olaraq qalmasıdır Ancaq yaxın tezlikdə qanunvericilik səviyyəsində ipoteka şərtlərinin əhəmiyyətli dərəcədə dəyişdiriləcəyi gözlənir

Ölkədə tətbiqi davam edən ipoteka kreditləşməsinin istənilən nəticə verməməsi, daha doğrusu geniş əhali təbəqəsini əhatə etmədiyi məlum həqiqətdir. Əvvəlki kimi ekspertlər bunu sözügedən kreditləşmə növünün şərtlərinin ağır olmasında, əbləğin azlığında görürlər. Elə bunun nəticəsidir ki, Azərbaycanda ipoteka ilə ev alanların sayı azalıb. Bu arada yenə yayılan məlumatlara görə, ipoteka şərtlərində dəyişiklik ediləcək. Bununla bağlı Milli Məclis hökumətə təkliflər irəli sürüb.

Mütəxəssislər də deyirlər ki, ipoteka şərtləri kifayət qədər əlverişli deyil. 10 ilə yaxındır daşınmaz əmlak bazarında araşdırmalar aparan, ekspert Nüsrət İbrahimov deyir ki, son bir ildə ipoteka ilə mənzil almaq istəyənlərin sayı 2 dəfəyə qədər azalıb. Bunun əsas səbəbi də mənzilə ehtiyacı olan əhalinin gəlirləri ilə kreditin şərtləri arasında kəskin uyğunsuzluq olmasıdır: "İpoteka ilə mənzil almaq imkanı olanların sayı artıq tükənir. Onlar bazardan çıxır. Onların yerinə isə imkanları olan insanlar gəlmir".

Azərbaycanda ipoteka şərtlərinin xüsusi ilə gənc ailələr üçün əlverişli olmadığını hökumətdə də etiraf edirlər. Xatırladaq ki, Milli Məclisdə 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov İpoteka Fonduna ayrılan vəsaitlərin artırılmasını və şərtlərin sadələşdirilməsini təklif etmişdi. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da bu şərtlərin dəyişdirilməsinin vacib olduğunu deyir: "Faizlər aşağı salınmalıdır. İlkin ödəniş ümumiyyətlə ləğv olunmalıdır. Biz bunu təklif etmişik, hökumətdə baxılır, yəqin yaxın vaxtda prezidentə təqdim olunar".

Iqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, di ipoteka kreditlərinin şərtlərinin sadələşdirilməməsi iqtisadi, sosial baxımdan qəbul edilən deyil: "Adi ipoteka kreditinin verilişinə dövlət fondu məsul olduğu üçün Mərkəzi Bank bu kreditlərin sadələşdirilməsini həyata keçirməlidir".

Xatırladaq ki, hələ ötən ilin ilk yarısında da Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanda yeni ipoteka strategiyası hazırlanır. Hələ o vaxt cənab rüstəmov etiraf edirdi ki, ipotekanın mövcud məbləği gənclərə yeni mənzil almaq imkanı vermir: "Araşdırmalarımız göstərir ki, ipoteka əsasən bazarda olan köhnə mənzil fonduna yönəldilir. Hesab edirəm ki, bu düzgün deyil. Onlar artıq çox köhnəlib. Biz istəyirik, gənclər yeni mənzillərdə yaşasınlar, bazarda yeni və ucuz mənzillər yaransın. Bunun üçün də ipoteka məbləğini artırmaq və ipotekanın şərtlərini yüngülləşdirmək lazımdır. İlkin ödənişin müəyyən qədər azaldılması müzakirə oluna bilər. Faiz dərəcələrinə də baxmaq olar. Faizlərin dövlət tərəfindən subsidiyalaşdırılması variantı da var. Fikrimcə, İpotekanın Qarantiya Fondunun yaradılması çox şeyi asanlaşdıra bilər. Belə bir praktika var".lakin bu açıqlamaların üzərindən təxminən bir il vaxt keçsə də reallıqda heç nə dəyişəmyib. Lakin yenindən belə məlumatlar dolaşmağa başalyıb ki, ipoteka şərtləri sadəhəldiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda dövlət vəsaiti hesabına ipoteka kreditləri illik 8, sosial ipoteka kreditləri isə 4 faizlə verilir. Rəsmi statistikada 2006-cı ildən bu günə kimi 248,1 milyon manat ipoteka kreditinin verildiyi göstərilməsinə baxmayaraq, nə qədər gənc ailənin mənzilə ehtiyacının olması hələ də dəqiq məlum deyil.

İndi yayılan məlumatlara görə, sosial ipoteka kreditləşməsində faiz dərəcələrinin 2 faizədək azaldılması nəzərdə tutulur. İlkin ödənişin sıfıra endirilməsi, məbləğin artırılması da gündəmdədir. Mütəxəssislər hesab edir ki, ipoteka strategiyası mənzil bazarındakı canlanmanı artıra bilər.

Araşdırmalara görə, paytaxtda mənzilin hər kvadrat-metrinin orta qiyməti 1000 dolları aşır. Buna görə də, hazırkı ipoteka məbləği gənc ailələrə yeni mənzil almağa imkan vermir. Bu səbəbdən əsas maddələrdən biri məbləğin artırılmasıdır. Digər məsələ sosial ipoteka kreditləşməsində ilkin ödəniş və faiz dərəcələrilə bağlıdır. Kommersiya kreditləşməsindəki şərtlər də gənc ailələrin maddi durumu ilə üst-üstə düşmür.

Ekspertlər güzəştli kreditlər üçün maksimum məbləği 35 min manatdan 50 min manata qaldırmağı təklif edir. Gənclərin mənzil problemini həll etmək üçün yalnız ipoteka qaydalarını sadələşdirmək deyil, məsələn, Türkiyədə olduğu kimi, gənclərin mənzil təminatı ilə bağlı dövlət proqramının qəbuluna lüzum var. Bu proqram gənclərin ipotekadan kənar mənzil almasına imkan yaradar. Məlumat üçün qeyd edək ki, Türkiyədə bu xətlə mənzil alan şəxslər hər ay dövlətə 60 dollar ödəyir. Misirdə bu rəqəm 80 dollardır. Kanadada dövlət büdcəsi hesabına verilən ipoteka kreditləri 1 faiz təşkil edir. Rusiyada adi ipoteka kreditləri 4,7 faiz, güzəştli ipoteka kreditləri 2,2 faizdir. Qazaxıstanda isə bu rəqəm 2 faizdir.

Səməd CƏFƏROV


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs