news Image
2014.09.27
07:21
| A A A
Rusiya amili ətin də qiymətini qaldıracaq
Vahid Məhərrəmov: " Bu addımları ilə Moskva Qərblə konfrantasiya şəraitində yaşadığı itkiləri bərpa etməyə çalışır " Vahid Əhmədov: " Yalnız daxili bazarın tam təmin olunmasından sonra, Rusiyaya ət və ət məhsulları göndərmək haqqında düşünmək olar "

Moskva meri Sergey Sobyanin Azərbaycana səfəri çərçivəsində bildirib ki, Azərbaycandan meyvə tərəvəzləyanaşı, ət və ət məhsullarının da Rusiyaya göndərilməsi üçün danışıqlar aparılır. Yəni, şimal qonşumuz ölkəmizdən ət idxalında da maraqlı tərəf kimi çıxış etməyə başlayır. Bu vəziyyət həm dəonu göstərir ki, Qərbə münasibətdəRusiyanın tətbiq etdiyi embarqo bu ölkədə ət vəət məhsullarının yeni idxal mənbələrinin müəyyən olunması zərurətini yaradıb.

Qeyd edək ki, hazırda Azərbaycandan Rusiyaya meyvə vətərəvəz ixrac olunur və ixracın həcmi artır. Lakin Rusiya daha çox çeşiddə məhsul alınmasında maraqlıdır və buraya ət də daxildir. Onu da vurğulayaq ki, Rusiyaya kənd təsərrüfatı məhsulu ixracının artması, Azərbaycanda həmin malların qiymətinin qalxması ilə nəticələndi. İndi ətləbağlı analoji vəziyyət yarana bilər.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Azərbaycanın özü ət məhsulunun bir hissəsini idxal etdiyi halda, buradan həmin məhsulun Rusiyaya ixracının reallaşmasını mümkünsüz hesab etdi. Bu əsasda da o düşünmür ki, ölkəmizdə ət və ət məhsullarının qiyməti qalxsın: "Azərbaycanın ətlədaxili istehsal hesabına təminatı hələ də tam həddə deyil. Rusiya isə ölkəmizdən fərqli olaraq Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya yaxınlaşır. ÜST-də bu norma 84 kq-dır, Rusiya isə keçən il adambaşına 60 kq ət istehsal, 76 kq isə istehlak edib. Bu isə yüksək göstəricidir. Azərbaycandan fərqli olaraq, Rusiya təxminən 2 dəfəçox ət və ət məhsulları istehlak edir. Azərbaycanın potensialı olsa da, hazırda bu sahədə mövcud olan vəziyyət Rusiyaya ət və ət məhsulları ixrac etməyə imkan vermir. Ona görə ki, heyvandarlığın inkişafı üçün bitkiçilik, yemçilik, qüvvəli yem funksiyasını yerinəyetirən taxılçılıq da inkişaf etdirilməlidir. Amma aqrar sahədəmövcud olan hazırki vəziyyətdə bu sahələrin real inkişafı da mümkün deyil. Burada ciddi islahatlara ehtiyac var ki, bu da müddət tələb edir. Düşünürəm ki, Moskva meri Sobyaninin Rusiyanın ət vəət məhsullarına tələbatının ödənilməsində Azərbaycanın rolu barədədediyi fikirlər ola bilsin, məlumatsızlıqdan, irəli gəlir. Rusiyada Azərbaycanın aqrar sahəsindəki vəziyyətlə bağlı məlumatlı olan mütəxəssislər var. Ya da ola bilsin hazırda şimal ölkəsini Azərbaycanla bağlı maraqlandıran əsas məsələ siyasi məsələdir. Rusiya siyasilərinin bu günlərdə Azərbaycana reallaşan mütəmadi səfərləri yalnız ondan xəbər verir ki, bu addımları iləMoskva Qərblə konfrantasiya şəraitində yaşadığı itkiləri bərpa etməyə çalışır. Bildiyiniz kimi, çoxsaylı Avropa ölkələrindən Rusiyaya gətirilən çoxsaylı mal və məhsullara Kreml embarqo qoyub. Bunun müqabilində dəRusiya çalışır ki, həmin itkiləri digər ölkələrdən gətirilən məhsulların həcminin artırılması ilə aradan qaldırsın.

Onu da qeyd edim ki, Azərbaycanda ətin maya dəyəri 5,5 manata başa gəlir. Onun dondurulması, sortlaşdırılması da əlavə xərc tələb edir. Belədə bu əti Rusiyaya ixracı da əlavə xərcdir. Ona görə də, Azərbaycandan Rusiyaya ət vəət məhsullarının ixracı qeyri-mümkündür. Normal bazar iqtisadiyyatında bu baş tutası iş deyil. Hətta ölkəmiz kəsim üçün Rusiyanın özündən mal-qara idxal edir".İqtisadçı millət vəkili Vahid Əhmədov isə qeyd etdi ki, yalnız daxili bazarın tam təmin olunmasından sonra, Rusiyaya ət və ət məhsulları göndərmək haqqında düşünmək olar: "Rusiyanın bildiyiniz kimi, Avropa mallarına sanksiya qoyması ilə Azərbaycan mallarının şimal ölkəsinə axını başladı. İlk olaraq, bu ölkəyə aparılan meyvə-tərəvəzin çəkisi artdı. Bu isə yerli sahibkarlar və fermerlər üçün müsbət mənada müəyyən şərait yaratdı. Moskva meri Sobyanin dəBakıya gələrək, əlavə kənd təsərrüfatı məhsulu, o cümlədən ət və ət məhsullarının da Rusiyaya göndərilməsinənail olmaq istəyir. Azərbaycan tərəfi buna gedə bilər, burada heç bir qeyri-adi hal yoxdur. Amma prosesi eləaparmaq lazımdır ki, atılan addım daxili bazarda qiymətlərətəsir edərək, onun qalxmasına gətirib çıxarmasın. Əvvəl bu məhsullarla daxili bazarı təmin etməliyik, sonda onun Rusiyaya ixracı barədə düşünmək olar. Proses daxili bazarda qiymət artımına səbəb olacaqsa, ətin ixracına imkan verilməməlidir. Lakin prosesin tənzimlənməsi dəmümkündür. İqtisadiyyat və sənaye Nazirliyinin bu işlə məşğul olan xüsusi departamenti var".