news Image
2014.09.30
09:58
| A A A
Rusiyada həyəcan: Dollar 40 rubla qalxdı

Rusiya Mərkəzi Bankı 39,38 rubla qədər qalxan dollara müdaxilə edə biləcəklərini açıqlayıb.Movqe.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Sentyabrın 29-a olan məlumata görə, dollar sərbəst bazarda 11 qəpik qalxaraq 39,38 rubl, avro isə 18 qəpiklik yüksəlişlə 49,8 rubl olub.Ölkənin 55%-i dollar, 45%-i avrodan ibarət olan valyuta səbəti isə 14 qəpik artımla 44,02 rubl olub.Dollar Rusiya Mərkəzi Bankının ötən həftə üçün müəyyən etdiyi 0,3%-lik bahalaşma limitini də keçib. Bəzi birjalarda da rublun dəyərində ucuzlaşma hiss olunur. Belə ki, RTS indeksi ilə dollar 0,99% ucuzlaşaraq 1144 xala bərabər olub. MICEX indeksi üzrə isə dollar 0,02% artaraq 1434 xal təşkil edib.Xatırladaq ki, Rusiya iqtisadiyyatında tənəzzül Ukrayna böhranı ilə bağlı ABŞ və Qərbin sanksiyalar tətbiq etməsi nəticəsində yaranıb.