news Image
2014.10.01
07:45
| A A A
Şimal qonşumuz Azərbaycan sərmayəsinə daha çox ehtiyac duyur
Rəşad Həsənov: “Bu saziş investisiyaların yatrılması və Rusiyada azərbaycanlıların sərvətinin qorunması baxımından ciddi əhəmiyyət kəsb edir”

Qərbin sanksiyaları sərtləşdikcə, şimal qonşumuzun Azərbaycanla münasibətlərini genişləndirmək niyyəti açıqca hiss edilməkdədir. Gün keçdikcə bu, iqtisadiyyatın demək olar ki, bütün sektorlarında özünü göstərir. Bir müddət əvvəl irəli sürülən aqrar və bank-maliyyə sektorunda təşəbbüslərinin ardınca Kreml Azərbaycanın Rusiyaya daha çox sərmayə yatırmasına xüsusi maraq göstərir.

Xatırladaq ki, cari ilin iyun ayında Rusiya Azərbaycan sahibkarlarına dəyəri 260 milyard rubldan (7,6 milyard dollar) çox olan 18 investisiya layihəsi təqdim edib. Bu dəfə isə Xəzəryanı ölkələrin Həştərxan sammitində Rusiya hökuməti və Azərbaycan hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə sazişə imza atıldı.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov hesab edir ki, saziş ilk baxışdan problemli görünmür: "Xüsusi ilə sıx iqtisadi münasibətlər qurmaq istəyən ölkələr arasında investisiyaların qorunması ilə əlaqədar sazişlər mövcuddur. İndiyə qədər Rusiya ilə Azərbaycan arasında bu çərçivədə müəyyən qədər razılıq var idi. Lakin artıq məsələyə geniş aspektdən yanaşaraq daha da təkmilləşdirirlər. Bu saziş investisiyaların yatrılması və Rusiyada azərbaycanlıların sərvətinin qorunması baxımından ciddi əhəmiyyət kəsb edir.

Qiymətləndirmə aparsaq, görərik ki, Rusiya hazırda ciddi maliyyə böhranı ilə üz-üzə qalıb. Eyni zamanda proseslər başlayandan bu günə qədər Rusiyadan kütləvi şəkildə investisiyalar gedib. Bəzi qiymətləndirmələr görə, bu axın 200 milyard dollara yaxındır. Həmçinin, Rusiya banklarının müəyyən problemlərinin olduğunu da unutmayaq. Bankların maliyyə problemi varsa, deməli, onların iqtisadiyyatı maliyyələşdirmək imkanı aşağı düşüb. Təkcə sanksiya tətbiq etmiş və Rusiya ilə konfliktdə olan ölkələr yox, dünyanın digər ölkələri də artıq Rusiyaya investisiya qoymaqğa çəkinir. Çünki, proseslərin sonunun nə ilə bitəcəyini proqnozlaşdırmaq çox çətindir. Həmçinin, hazırda Rusiya iqtisadiyyatında tənəzzülə doğru proseslər inkişaf etməyə başlayıb. Rubl dəyərini itirməkdə davam edir. Eyni zamanda Rusiya büdcəsində maddi çatışmazlıqlar mövcuddur. Digər tərəfdən, neftin qimətinin sürətlə aşağı düşməsi və Rusiyanın neftdən kəskin asılı olması onu proqrozlaşdırmağa əsas verir ki, ən azından 3-5 il Rusiya iqtisadiyyatına uğurlu nəsə görünmür. Məhz bu səbəblərdən Rusiya ciddi sıxıntı dövrünü yaşayır. Odur ki, Rusiya yeni potensial investorlar axtarır". İqtisadçının fikrincə, Rusiya Azərbaycan vəsaitlərinə çıxmağa cəhd edir: "Bununla bağlı əvvəllər də Rusiya rəsmiləri tərəfindən açıqlama verilmişdi. Azərbaycan vəsaitləri dedikdə daha çox Dövlət Neft Fondunun vəsaitlərindən söhbət gedir. Azərbaycan vəsaitlərinin Rusiya iqtisadiyyatına yönəldilməsi istiqamətində müəyyən işlərin getdiyini görürük. Yeni sazişin isə Rusiyaya qoyulan investisiyalarının qorunması baxımından müsbət tərəfləri çoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs