Əlaqə Arxiv
news Image
2014.10.01
09:38
| A A A
ARDNŞ də Arktikada neft hasilatına qoşulacaq?!
Zəfər Vəliyev: "Rosneft"lə ARDNŞ arasında hələ 2013-cü ildə bağlanan memorandumda hər iki ölkə ərazisində və ondan kənarda hasilat, kəşfiyyat işləri, birgə terminallar və nəql kəmərlərindən istifadə məsələsi nəzə

Rusiyanın enerji nəhəngi "Rosneft" bəyan edib ki, ABŞ-ın "Exxon Mobil" şirkəti ilə birlikdə Arktikada qazdığı buruqda neft tapıb. O da vurğulanır ki, qazma işi rekord müddətdə həyata keçirilib. Şirkətin bəyanatında bildirilir ki, "Rosneft" Arktikada, dünyanın ən şimal-qərbində "Universitetskaya-1" quyusunun qazmasını uğurla başa çatdıdırb. "The Finacial Times" qəzeti yazır ki, "Rosneft" və "Exxon Mobil" sözü gedən qazma işinə ötən yay başlayıblar və Rusiya şirkəti üzərinə maliyyə sanksiyaları qoyulandan sonra da işlər dayanmayıb. Qəzet yazır ki, neft ekspertləri 700 milyon dollarlıq bu quyuda qazma işini diqqətlə izləyirdilər, çünjki onların qənaətinə görə, Arktika Yer kürəsində toxunulmamış neft qalan yeganə region hesab olunur. "Rosneft"in icraçı direktoru İqor Seçin bu ayın əvvəllərində bəyan etmişdi ki, şirkət qarşıdan gələn 15 ildə Arktikaya 400 milyard dollar investisiya qoya bilər. O bildirib ki, "Pobeda" adlandırılacaq yatağın quyu qazılan hissəsində 750 milyon barrel yüksək keyfiyyətli yüngül neft və 338 milyard kubmetr qaz ehtiyatı var. Bu günlərdə isə ARDNŞ prezidenti Rövnəq Abdullayev belə bir maraqıl açıqlaam iəl çıxış etmişdi ki, Rusiyanın "Rosneft" şirkəti dünyanın ən böyük neft şirkətlərindən biridir və bu şirkətin Sibirdə, Arktikada və Rusiyanın bir çox regionlarında layihələr həyata keçirir: "Biz də bu layihələrin reallaşmasında yaxından iştirak etmək istəyərdik". Rövnəq Abdullayev onu da qeyd edib ki, ARDNŞ "Rosneft" şirkəti ilə birgə yaradacağı müəssisə Rusiya ərazisində hasilatın çətin olduğu yerlərdə neft çıxarmaqda maraqlıdır. Onun sözlərinə görə, ARDNŞ-ın bu sahədə mütəxəssisləri mövcuddur. Qeyd edək ki, ARDNŞ ilə "Rosneft" arasında Rusiya və Azərbaycanda neft hasil etmək üçün müştərək şirkətin yaradılması barədə müqavilə imzalanıb. Sənədə Azərbaycan tərəfindən Rövnəq Abdullayev, Rusiya tərəfindən isə "Rosneft"in prezidenti İqor Seçin qol çəkib. Bütün bunlar isə ARDNŞ-ın də Arktikada neft hasilatına cəlb oluna biləcəyini istisna etmir.

Neft mütəxəssisi Zəfər Vəliyev ARDNŞ-ın "Rosneft"lə birgə Arktikada kəşfiyyat, hasilat işlərini həyata keçirməsini hələlik mümkünsüz sayır: "Exxon Mobil" şirkəti bu yaxınlarda bəyan etdi ki, Rusiyanın "Rosneft" şirkəti ilə strateji mütəffiqlik sazişi ətrafında bağladığı 10 sazişdən 9-dan geri çəkilib. Burada Qara dəniz, Qərbi Sibir və Arktika şelfində birgə hasilat və kəşfiyyat işləri nəzərdə tutulurdu. Arktikada Kar dənizi yaxınlığında bu iki şirkət birgə layihələr həyata keçirib. Lakin indi həmin müqavilələrin 9-undan "Exxon Mobil" şirkəti geri çəkilib. Bildiyiniz kimi, cari ilin yayında ABŞ Rusiyanın 5 enerji şirkətinə, o cümlədən "Qazprom", "Qazpromneft", "Surqutneft", "Lukoyl", "Rosneft" şirkətlərinə sanksiyalar tətbiq etdi. Həmin sanksiyaların spektri də geniş idi. Bu sanksiyalar da adı çəkilən şirkətlərə, xüsusən Arktika şelfində dərin sulu yataqlarda kəşfiyat və hasilatı nəzərdə tutan həssas texnologiya, avadanlıq və xidmətlərin göstərilməsini qadağan edən sanksiyalardır. Bu sanksiyalar nəticəsində hazırda Rusiyanın enerji şirkətləri həm dərin sulu yataqlarda, həm də Arktika şelfində kəşfiyyat və hasilat işləri aparmaq imkanından da məhrum olub. Çünki, həmin yüksək texnologiya və xidmət sahələri ancaq ABŞ və onun Qərbdəki müttəfiqlərindədir. "Rosneft"lə "Exxon Mobil"in Arktikada neft tapmaqları isə yeni məsələ deyil. "Exxon Mobil" şirkəti Rusiyanın bu şirkəti ilə indi ancaq bir, "Saxalin 1" llayihəsi üzrə fəaliyyətini davam etdirir ki, bu da beynəlxalq konsorsiumdur. Həmin saziş də 1996-cı ildə bağlanıb. İkinci bir tərəfdən, hazırda "Rosneft"in özü də ciddi maliyyə böhranı yaşayır. Ondan başqa "Lukoyl", "Qazprom" və digər enerji şirkətləri də hökumətə maliyyə dəstəyilə bağlı müraciət ediblər. Çünki, Ukrayna məsələsilə bağlı Rusiyaya tətbiq olunan sanksiyalar ilk növbədə onun enerji və maliyyə sektoruna tətbiq edilib. Bu baxımdan "Rosneft"lə ARDNŞ-ın Arktikada birgə kəşfiyyat, hasilat işləri aparması bir qədər çətin məsələdir. Zənnimcə, ARDNŞ-ın bu sahədə təcrübəsi yoxdur. Çünki, Arktika həssas ekoloji mühitə malikdir və eyni zamanda, çətin bir relyefə, hava şəraitinin çətin olduğu bir bölgədir. Bu sahədə "Rosneft"lə bərabər kəşfiyyat, hasilat və qazma işləri aparmaq düşünürəm ki, çətindir. Həmçinin, bu sahə üzrə müasir texnologiyaya yiyələnmək və lazımi qədər maliyyə imkanlarına malik olmaq gərəkdir. Bu texnologiyaları isə hazırda ancaq Qərb tətbiq edə bilir. "Rosneft"lə ARDNŞ arasında hələ 2013-cü ildə bağlanan memorandumda hər iki ölkə ərazisində və ondan kənarda hasilat, kəşfiyyat işləri, birgə terminallar və nəql kəmərlərindən istifadə məsələsi nəzərdə tutulur. Amma bilirsiniz ki, bu günə qədər ARDNŞ-ın Azərbaycandan kənarda, digər neft qaz zonalarında belə bir fəaliyyəti yoxdur. Ona görə də yaxın perspektivdə "Rosneft"lə adı çəkilən layihələrdə iştirak elə də ağlabatan deyil. Çünki, "Rosneft"in maliyyə imkanları indilikdə məhduddur".

Sizin Reklam Yeriniz