news Image
2014.10.11
07:05
| A A A
Xaricdən gətrilən məhsullar ucuzlaşacaq
Vüqar Bayramov: “Dünya bazarında neftin qiymətinin azalması ölkəmizə idxal olunan məhsulların qiymətini də aşağı salacaq”

ABŞ İran və xüsusi ilə Rusiya iqtisadiyyatına ziyan vurmaq üçün əsas rıçağını işə salır. Bu işdə isə ABŞ Səudiyyə Ərəbistanının yardımından istifadəyə etməyə çalışır. Söhbət neftin qiymətinin aşağı salınmasından gedir. Səudiyyə Ərəbistanının Neft Siyasəti və Strateji Proqnozlaşdırmalar Mərkəzinin başçısı Raşid Abanmi neftin bir barrelinin qiymətini 50-60 dollara qədər endirəcəklərini qeyd edib. Abanmi son üç ayda 115 dollardan 92 dollara enən xam neftin qiymətinin qarşıdakı aylarda daha da enəcəyini, bunu Rusiya və İrana təzyiq üçün etdiklərini bildirib: "Şimali Amerikaya ixrac edilən neftin qiymətində də biz endirim etmişik. Neftin qiymətini endirməkdə məqsədimiz müştərilərimizi itirməmək və yeni müştərilər qazanmaqdır. Amma əsasən bu qərarımızın arxasında siyasi səbəblər durur. Gerçək səbəb Rusiya və İrana Suriya məsələsində təzyiq etməkdir. Bundan başqa, İranın nüvə layihəsi də bu qiymət endirimi qərarını reallaşdıran səbəblərdən biridir".

O, həmçinin, neft qiymətləri ilə bağlı OPEK-in qərarlarının tövsiyə xarakterli olduğunu, neft ölkələri üçün bu qərarların məcburi olmadığını ifadə edib.

Mütəxəssislər baş verənlərin Rusiya və İranla bərabər,digər ölkələrə də təsirinin qaçılmaz olduğunu bildirir. Digər tərəfdən o da faktdır ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi neft ölkələrinin büdcə gəlirlərinə mənfi təsir göstərəcəksə, eyni zamanda, idxal məhsullarının qiymətində enmələrə səbəb olacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzi Vüqar Bayramov "Mövqe"yə verdiyi açıqlamada bildirdi ki, neftin qiymətinin aşağı düşməsi indiki halda daha çox siyasi faktorlarla bağlıdır: "Neftin qiymətinin aşağı düşməsi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda Rusiya iqtisadiyyatını çökdürməyə hesablanmış bir addımdır. ABŞ uzun müddətdir ki, neft idxalından asılılığın aradan qaldırılması ilə bağlı addımlar atır. Bu gün Rusiya gündəlik olaraq 10.9 milyon barrel neft hasil edir. Səudiyyə Ərəbistanında bu rəqəm 9.8, ABŞ-da isə 8.5 milyon barreldir. Eyni zamanda ABŞ likvid qaz istehsalından gündəlik 3 milyon barrel likvid neft əldə edir. O baxımdan likvid neft nəzərə alınmaqla ABŞ-ın hasil etdiyi neftin həcmi 11.5 milyon barreldir. Bu isə o deməkdir ki, ABŞ hazırda dünyada ən çox neft hasil edən ölkədir. Həmçinin, ABŞ neft idxalının azadılması ilə bağlı 2007-ci ildən başlayaraq ciddi addımlar atır. Bu gün ABŞ gündəlik 400 min barrel neft idxal edir".

Ekspert bildirdi ki, ABŞ və Səudiyyə Ərəbistanı praktiki olaraq, dünya bazarında neftin qiymətini müəyyənləşdirən tərəflərdir: "OPEK-in təzyiqlərinə baxmayaraq, Səudiyyə Ərəbistanı neft istehsalını azaltmayacağı barədə açıqlama yayıb. Səudiyyə Ərəbistanı neftin dünya bazarında qiymətinin aşağı düşməsini stimullaşdırmaq məqsədi ilə hətta neft ixracatında güzəştlər tətbiq edir. Belə ki, Səudiyyə Ərəbistanı Asiyaya ixrac etdiyi neftin hər barrelində 1 dollar, ABŞ-a göndərdiyi neftin qiymətində isə 40 sent güzəşt tətbiq edir. Yəni, bir tərəfdən neftin qiyməti aşağı düşür, digər tərəfdən Səudiyyə Ərəbistanı düşməkdə olan qiymətlərə güzəştlər tətbiq edir. Bu da ona gətirib çıxarır ki, neftin qiymətindəki azalma tendensiyası daha da sürətlənir. Artıq ABŞ-ın digər müttəfiqi Liviya da gündəlik neft hasilatını 240 min barreldən 800 min barrelə çatdırılmasını həyata keçirir. Liviya yaxın vaxtlarda gündəlik 1 milyon barrel neft hasil etmək imkanına malik olacaq. Bu da dünya bazarına çıxarılan neftin həcminə təsir göstərəcək. Yəni, ABŞ və Səudiyyə Ərəbistanının mövcud siyasəti dünyada neftin qiymətinin aşağı düşməsini stimullaşdırmaqdır. Bununla da ABŞ Rusiyanın dövlət gəlirlərinin azalmasına nail ola biləcək. Bu da Rusiya iqtisadiyyatındakı durğunluğun böhranla əvəz edilməsinə gətirib çıxara bilər. Reallıq ondan ibarətdir ki, bu prosesdə ABŞ-a ən çox dəstək verən ölkə məhz Səudiyyə Ərəbistanıdır. Bu, həm də onunla bağlıdır ki, Səudiyyə Ərəbistanının şeyxlərinin ABŞ-da 2 trilyon dollara yaxın investisiyası var. Bu da imkan verir ki, Səudiyyə Ərəbistanının neft hasilatı ilə bağlı qərarlarına ABŞ birbaşa təsir göstərə bilsin. Ona görə də dünya bazarında neftin qiymətinin azalması davam edəcək. Azalma tendensiyası davam edərsə, neftin barrelinin 60 dollara qədər azalacağını müşahidə edə biləcəyik".

Ekspert hesab edir ki, dünya bazarında neftin qiymətinin azalması ölkəmizə idxal olunan məhsulların qiymətini də aşağı salacaq: "Eyni zamanda ölkəyə idxal olunan benzinin qiymətinin düşəcəyi də istisna edilmir. Xüsusi ilə sənaye məhsullarının istehsalında neftin payının çox olduğunu nəzərə alsaq, həm nəqliyyat, həm də istehsal olunan məhsulların maya dəyəri aşağı düşəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs