news Image
2014.10.17
11:53
| A A A
29 mindən çox şəxsə rəsmi işsiz statusu verilib

Bu il oktyabrın 1-nə Azərbaycanda ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4820,7 min nəfər olub, onlardan 4582,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Movqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il sentyabrın 1-nə muzdla işləyənlərin sayı 1511,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 892,8 min nəfər, qeyri-dövlət bölməsində isə 618,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda isə 1474,9 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1467,3 min nəfər təşkil edib. 

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,0%-i məhsul istehsalı sahələrində, onlardan 6,8%-i tikintidə, 6,2%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 2,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

 

Xidmət sahəsində çalışanların 22,5%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

 

Bu il oktyabrın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olub, onların 39,9%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 256,1 manat olub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs