news Image
2014.10.29
08:20
| A A A
Kirayə bazarında qiymət artımına qarşı İsveçrə təcrübəsi
Vüqar Bayramov: “Kirayə evlərin qiymət artımı həm yerli, həm də xarici vətəndaşların tələbi ilə bağlıdır”

Avropanın ən aparıcı ölkələrindən biri sayılan İsveçrədə mənzil bazarınad kirayə qiymtələrinin qalxmasının qraşısının alınması üçün maraqlı bir üsulun tətbiqi nəzərdə tutulur. Belə ki, məlumatlara əsasən, mənzili yeni kirayə götürən şəxs ondan əvvəl burada kirayədə yaşamış şəxsin bu məqsədlə nə qədər vəsait ödədiyini öyrənə biləcək. Bu hal qanunvericilik qaydasında həyata keçriləcək. Analoji təcrübənin ölkəmizdə tətbiqi ekspertlərə görə, kirayə bazarında qiymət artımının qarşısını almaq iqtidarındadır.

Məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, kirayə qiymətinin tənzimləməsi üçün tətbiq edilən İsveçrə təcrübəsinin uğurlu olmasının əsas səbəblərindən biri İsveçrənin əmlak bazarında ciddi qiymət artımlarının müşahidə edilməməsi ilə bağlıdır: "İsveçrədə bu gün əmlak və kirayə bazarında oturuşmuş qiymət tavanı var. Adətən orada qiymətlərin kəskin artımı müşahidə edilmir. Hətta əmlak bazaında qiymət artımı baş versə də bu, il ərzində 2-3%-dən artıq olmur. Ancaq Azərbaycanda əmlak və kirayə bazarında qiymət artımları fərqlidir. Azərbaycanda xüsusən, kirayə bazarında yüksək qiymət artımları müşahidə edilir. Kirayə evlərin qiymət artımı həm yerli, həm də xarici vətəndaşların tələbi ilə bağlıdır. Ona görə də İsveçrədə tətbiq edilən praktikanın Azərbaycanda həyata keçrilməsi nisbətən çətindir. Çünki, Azərbaycanda kirayə bazarında qiymət artımları baş vediyi üçün köhnə müqavilə şərtlərinin yeni kirayə götürən şəxsə təqdim edilməsi əksər hallarda mübahisələrin yaranmasına gətirib çıxardacaq. Bəzən hər ay qiymət artımı baş verdiyi üçün, yeni kirayəçi köhnə kirayə qiyməti ilə kirayə götürmək istəyəcək. Ev sahibi isə əvvəlki qiymət ilə kirayə vermək istəməyəcək. Digər tərəfdən, Azərbaycanda kirayə verilən evlərin əksəriyyətində kirayə müqavilələri yoxdur. Yalnız ofis kimi icarəyə verilən yerlərdə müqavilələrin bağlanması hallarına rast gəlinir. Onlarda da notariuslarda təsdiq edilməyən və mövcud müqavilə formalarına uyğun olamayan müqavilələrdir. Rəsmi müqavilə olmadığı üçün bağlanan müqavilə sadəcə, formal xarakter daşıyır. Ona görə də bizdə müqavilə şərtlərindən danışmaq mümkün deyil. Müqavilə şərtlərindən o zaman danışmaq mümkündür ki, rəsmi müqavilələr olsun. O baxımdan Azərbaycanda kirayə verənlərin böyük bir qismi vergidən yayınmaq üçün kirayə müqaviləsi bağlamırlar. Ona görə də köhnə məlumatların yeni kirayəçiyə verilməsi xeyli çətinlik yaradacaq.".

Vüqar Bayramov kirayə qiymətlərinin tənzimləməsində ABŞ-da tətbiq edilən prakikanı təklif edir: "Bu, kirayə evlər üçün qiymət tavanının müəyyənləşdirilməsidir. Qiymət tavanın müəyyənləşdirilməsi dövlətə imkan verir ki, zonalar üzrə otaqların sayında, mənzilin sahəsindən asılı olaraq kirayə qiymətlərinin maksimum məbləğini müəyyənləşdirə bilsin. Belə olarsa, zonalar üzrə qiymətlər rəsmən ictimaiyyətə açıqlanır. Bu halda həmin şərtlər daxilində evini kirayə verən şəxs göstərilən maksimum məbləğdən artıq kirayə verə bilməz. Otaqların sayı və mənzilin sahəsi artdıqca kirayə evlər üçün müəyyənləşmiş məbləğ tavanı artır. Yəni, ABŞ təcrübəsi Azərbaycan üçün daha məqsədəuyğundur. Çünki, ölkəmizdə kirayə qiymətlərinin daimi olaraq artması müşahidə edilir. Qiymət tavanı müəyyənləşdirməklə ölkəmizdə qiymət artımının qarşısını almaq mümkün olar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs