Əlaqə Arxiv
news Image
2014.10.31
09:46
| A A A
Qızıl avro və dolları sıradan çıxarır
Ekspertlər hesab edir ki, Dövlət Neft Fondu rezervlərində qızılın həcminin artırılmasını vacibdir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2014-cü ilin 9 ayının nəticələrinə görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərcləri 962,7 milyon manat təşkil edib. Xərclər əsasən rubl, lirə və avro məzənnəsində yaranan fərqdən əmələ gəlib. Problem qlobal xarakterli olduğundan bir çox dövlətlər valyuta səbətində xüsusi ilə qızılın payının artırılması istiqamətində işlər aparır. Hətta Hətta bu günlərdə İsveçrədə ölkənin Mərkəzi Bankının ehtiyatlarının ən azı 20%-ni qızılda saxlanılmasını təklif edən layihə referenduma çıxardılacaq. Əgər layihə qəbul edilsə, İsveçrə Mərkəzi Bankı 5 il ərzində bazardan təxminən 1600 ton qızıl satın alacaq. Ümmuiyyətlə, Qərb ölkələrin böyük əksəriyyətində valyuta ehtiyatlarınını əsasını məhz qızıl təşkil edir. Azərbaycanın da analoji təcrübədən yarralanması zəruri sayılır. Məsələ ilə bğalı İqtisadi Təşəbbüslərə Yardım İctima Birliyinin eksperti Samir Əliyev ilk öncə ABŞ Federal Ehtiyat Sisteminin son iclasında dollar çapını saxlamaq barədə qərar qəbul etdiyini bildirdi: "Odur ki, dolların bahalaşmasını müşahidə edəcəyik. Bu fonda avro, qızıl və nefti ucuzlaşa bilər. Ancaq Dövlət Neft Fondu rezervlərində qızılın həcminin artırılmasını vacibdir. Çünki, inkişaf etmiş ölkələrdə valyuta ehtiyatlarında qızılın payı 50%-dən yüksəkdir. Buna misal olaraq, ABŞ, Fransa, Almaniyanı göstərə bilərik. Bizdə isə heç 5% həcmində deyil. Ancaq ümumi portfeldə qızılın həcmini 10-15%-ə qədər yüksəltmək lazımdır. Eyni zamanda qızılın istehsalında çətinliklər olduğu üçün qiymətində bahalaşmanı da gözləmək olar. Ancaq əgər Neft Fondu və Mərkəzi Bank öz ehtiyatlarına qızılı əvvəllər daxil etsəydilər, valyutaların məzənnə fərqindən olan zərəri minimuma endirə bilərdik. Gərək 2 il öncə qızılın alınmasına başlanardı. İndiki dövrdə qızıl alınması bir qədər riskli olsa belə, buna getmək olar. Hətta Azərbaycanda hasil olunan qızıl Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən alınaraq ehtiyatlara daxil edilə bilər".

Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, qızıl siyasi gərginliyin çox olduğu dövrlərdə həmişə güvənli mal rolunu oyanıyır. "Düzdür, çox ölkələr öz valyuta ehtiyatlarını qızıla çevirməyə üstünlük verirlər. Amma maraqlısı odur ki, iqtisadi böhran başladığı dövrdəki qızılın qiyməti ilə indiki qiyməti arasında ciddi fərq var. Yəni, hazırda qızıl dəyərdən düşüb. Ona görə ilk baxışda ucuzlaşan qiymətlərdən istifadə edib də Azərbaycanın qızıl alıb, valyuta ehtiyatlarının bir hissəsini qızıla çevirməsi məntiqli görünə bilər. Lakin gələcəkdə qızılın qiymətinin artması və Azərbaycan bundan udacağı barədə heç bir sığorta yoxdur. Dövlət Neft Fondu qızıl almağa başlayanda qızılın qiyməti indikindən təxminən 250 dollar baha idi. Ona görə də hazırda qızılın qiymətinin 1300 dollar olduğu fonda qızıl alınsa, onda Neft Fondu xeyli miqdarda valyuta itirə bilər Əslində, qızılın qiymətinin artması gözlənilirdi. Amma bu, baş vermir. Hətta məsələlərlə əlaqəli gələcəkdə qızılın qiymətinin düşəcəyi proqnozlaşdırılır. Ona görə də indiki dövrdə Azərbaycanın belə bir addım atması riskli olardı. Yaxşısı budur ki, valyutalarda paritetlərin düzgün seçilməsinə ciddi fikir verilsin. Valyuta zənbilində dünyada əsas valyutalar olan dollar və avronun nisbətini bərabər saxlamaq lazımdır. Çünki, avronun qiyməti düşəndə, dolların qiymətinin qalxması qaçılmazdır. Onlar bir-birini tənzimləyir. Yəni, paritet halda olanda itkilər minimuma enir".

Sizin Reklam Yeriniz