news Image
2012.07.21
19:32
| A A A
İsrail Suriyada hərbi əməliyyat aparmağa hazırlaşdığını etiraf etdi
İsrail müdafiə naziri Ehud Barak Suriya ilə bağlı əməliyyata hazırlaşdıqlarını etiraf edib.

Lent.az-ın verdiyi məlumata görə, Ehud Barak "Kanal 10" televiziyasına müsahibəsində deyib ki, İsrail ordusu Suriyadakı kimyəvi silahların "Hizbullah" Hərəkatının əlinə keçməsinin qarşısını almaq məqsədilə keçiriləcək bir əməliyyata hazırlaşmağa başlayıb.

Müdafiə naziri hərbi kəşfiyyata da lazımi hazırlıqların aparılması barədə tapşırıq verdiyini söyləyib: "Müasir silah sistemlərinin, xüsusilə təyyarələrə qarşı raketlərin və ağır raket sistemlərinin daşınması ehtimalını dəyərləndiririk. Lakin kimyəvi silahlar da Suriyadan Livana daşına bilər. Suriya prezidenti Bəşər Əsəd hakimiyyəti itirməyə başladığı anda kəşfiyyat dəyərləndirməsi aparıb digər qurumlarımızla birgə hərəkət edəcəyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs