news Image
2012.04.11
12:31
| A A A
Metroda icazəsiz reklam problemi böyüyür
“Biz onlarla mübarizə aparırıq, amma bacarmırıq, bir deyil, iki deyil...”

Bakı metrosunda vaqonların içərisinə icazəsiz olaraq reklam və elan vərəqlərinin yapışdırılması Metropoliten rəhbərliyini əks-tədbirlər görməyə məcbur edib. Metropolitenin rəisi Tağı Əhmədov vaqonlarda özbaşına reklamlar yayan şəxslərə qarşı ciddi tədbirlər görülməsi üçün göstəriş verib. Bununla bağlı vaqonlara bildirişlər də vurulub. Bildirişlərdə qeyd edilib ki, vaqonlara icazəsiz olaraq işədüzəltmə, internet saytları və digər mövzularda kiçik ölçülü reklam vərəqləri yayan şəxsləri görənlər dərhal polisə və metro işçilərinə xəbər versinlər. Amma görülən tədbirlər hələ ki, effekt vermir. İcazəsiz reklam və elan yayan şəxslər öz işlərindədirlər.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, bu cür elanların yapışdırılmasına qarşı mübarizə aparılır, lakin qarşısını almaq mümkün olmur.

"Hansısa sərnişin cibində bu tip elanlarla metroya girir, qatarlara yapışdırıb gedir. Bir nəfər deyil, iki nəfər deyil. Polis də buna nəzarət edir. Bundan əlavə qatar depoya gedəndə baxış keçirilir, belə elanlar varsa, onlar təmizlənir. Biz camaatla mübarizə aparırıq, amma bacarmırıq".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs