news Image
2015.01.04
13:09
| A A A
"Ermənilərin gözünə hər yerdə Azərbaycan "diversantı" görünür"

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların yalan və uydurma olduğunu bəyan edib.

Movqe.az Nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı" görünür: "Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb".

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramlarını qeyd etməklə bərabər Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs