Əlaqə Arxiv
news Image
2015.01.14
13:52
| A A A
Azərbaycanlılar Moskvada kütləvi şəkildə mənzil alır

Rublun dəyərdən düşməsi Moskvada daşınmaz əmlakın ucuzlaşması ilə müşahidə olunur. Bu isə postsovet ölkələri vətəndaşlarını hərəkətə keçirib. Vesti.az-ın məlumatına görə, rubl böhranı Rusiya paytaxtında daşınmaz əmlakın qiymətinin rekord səviyyədə aşağı düşməsinə səbəb olub. İkiotaqlı elit mənzillərin kvadratmetri 2 min 800 dollardan təklif olunur. Ev sahibləri ilə danışıqlardan asılı olaraq qiymətləri xeyli azaltmaq da mümkündür. Ötən illə müqayisədə qiymətlərin 47 faiz ucuzlaşdığı bildirilir. Mənzilləri əsasən xarici vətəndaşlar alırlar. Əsas müştərilər azərbaycanlılar, qazaxlar və özbəklərdir. Daşınmaz əmlaka sərmayə qoyuluşunda ermənilərin də adı çəkilir.


Sizin Reklam Yeriniz