Əlaqə Arxiv
news Image
2015.01.16
13:05
| A A A
Azərbaycan ötən il avtomobil idxalını 40% azaldıb

Ötən il ərzində Azərbaycana 63 368 ədəd avtomobil idxal olunub.

Movqe.az xəbər verir ki, "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici ötən il ilə müqayisədə 41017 avtomobil və ya 39,3% azdır.

Hesabat dövründə Azərbaycana gətirilən avtomobillərin 345 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 57615 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 5054 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 354 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Sizin Reklam Yeriniz