news Image
2015.01.20
09:40
| A A A
Şimaldan Azərbaycana yeni maliyyə axını gözlənilir
Vüqar Bayramov: “ Azərbaycanda depozit faizləri Avropa ölkələri ilə müqayisədə daha yüksəkdir ” Natiq Cəfərli: “Əgər əmanətlərdə kəskin artma olsa, deməli, o vəsaitlərin müəyyən bir hissəsi Azərbaycana da daxil olub”

Qərbin sanksiyaları şimal qonşumuzu daha çətin vəziyyətə salır. Bu fonda Rusiyadan kapital axını da davam edir. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2014-cü ildə Rusiyadan kapital axını bütün proqnozları aşaraq, 151,5 milyard dollar təşkil edib. Bu vəziyyətdə Rusiyada fiziki və hüquqi şəxslərin də banklardakı vəsaitlərini digər ölkələrin maliyyə qurumlarında yerləşdirdikləri müşahidə olunur.

Məlumdur ki, Rusiyada müəyyən sayda soydaşımızı yaşayır, fəaliyyət göstərir. Onların da Rusiya banklarında kifayət qədər əmanətlərinin olduğu nəzərə alınsa, b uşəxslərin vəsaitlərini Rusiyadan çıxarıb başqa ölkələr, o cümlədən Azərbaycan banklarına yerləşdirib-yerləşdirməyəcəkləri xüsusi maraq doğurur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Rusiyaya Rusiyaya soydaşlarımızın əmanətlərinin bir qisminin Azərbaycana köçürülməsinin mümkün olacağını deyir: "Rusiyanı tərk edən investisiyaların, eyni zamanda əmanətlərin bir qismi məhz mərkəzi-şərqi Avropa ölkələrinə yönəlir. Bu, onunla bağlıdır ki, həmin ölkələrdə əmanətlərin faiz dərəcəsi inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksəkdir.Yəni, onlar daha yüksək faiz təklif edirlər. Eyni zamanda bu ölkələrdə əmanətlərin siğortalanması həyata keçirilir. Mərkəzi-şərqi Avropa ölkələrində 100 min avroyadək olan əmanətlər sığortalanır. Bu baxımdan Rusiyanı tərk edən depozitlər Polşa, Çexiya, Sloveniyaya daha çox yönəlir. Azərbaycanda depozit faizləri Avropa ölkələri ilə müqayisədə daha yüksəkdir. O baxımdan vəsaitlərin bir qisminin Azərbaycana gələcəyi və ölkə banklarına yönəldiləcəyi istisna edilmir".

İqtisadçı Natiq Cəfərli isə qeyd edir: "Bu gedişlə Rusiyada fiziki və hüquqi şəxslər bacardıqca öz vəsaitlərini daha çox xaricə çıxarmağı düşünəcəklər. Bu fonda Rusiyada yaşayan azərbaycanlıların da qayğıları var. Bu qayğılardan irəli gələrək, onlar əlllərində olan sərbəst pul vəsaitlərini və yaxud bizneslə bağlı aktivlərinin bir hissəsini pula çevirərək başqa ölkələrdə yatırım qoymağa, başqa ölklərin banklarına köçürməyə çalışa bilərlər. Biz Azərbaycan Mərkəzi Bankının hesabatını gözləməliyik ki, əmanətlərin artmasında bir irəliləyiş olub-olmamasını bilək. Əgər əmanətlərdə kəskin artma olsa, deməli, o vəsaitlərin müəyyən bir hissəsi Azərbaycana da daxil olub".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs