Əlaqə Arxiv
news Image
2015.01.28
09:40
| A A A
Elektron ticarət fırıldaqçıları
Hesab edilir ki, elektron ticarət prosesinin iştiakçılarının öhdəlikləri qanunvericiklə tam müəyyən olunmalıdır “Elektron ticarət nəinki Azərbaycanda, hətta bütün dünyada problemə çevrilib”.

Bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib: "Bu ticarətin asan vasitəsidir. Eyni zamanda bəzi işbazlar bu sahədən vergidən yayınmaq istifadə edirlər. Ötən ilin dekabr ayında MDB ölkələrinin gömrük xidmətləri rəhbərlərinin Şurasının sonuncu iclasında da Rusiya gömrük xidmətinin təşəbbüsü ilə artıq bu problem arayış olaraq hazırlanıb. Arayışda bu ticarət növünün bir problem olaraq ərsəyə gəlməsi, vergilərdən yayınması, müəyyən razılıq və lisenziyanın, qeydiyyat tələb olunan malların idxalı ilə bağlı və sair problem yaratdığı qeyd edilib",

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov həmin problemlərdən danışarkən qeyd edir: "Elektron ticarət prosesinin iştiakçılarının öhdəlikləri qanunvericiklə tam müəyyən olunmalıdır, müştərilərin hüquqları mütləq hansısa formada qanunvericiliklə qorunmalıdır. Biz dəfələrlə görürük ki, müxtəlif məlumatlar əsasında məhsullar vətəndaşlara satılır və onların geri qaytarılması ilə bağlı vədlər verilir. Lakin vətəndaşlar o məhsulları bəyənmədikdə, məhsulun göstəricilərinin verilən informasiyadakı kimi olmadığını anladıqda onu geri qaytarmaqda ciddi şəkildə çətinliklər çəkirlər. Bütün bu problemlərin yaranmasını istəməyən vətəndaş elektron qaydada alış-verişdə maraqlı olmayacaq. Bütün bu məsələlərin tənzimlənməsi qanunvericilikdə tam öz əksini tapmalıdır. Digər tərəfdən formalaşmış bir elektron icarət bazarı olandan, onun dövriyyəsi çox genişləndikdən sonra dövlətin maraqları burada daha çox təmin olunmuş olar. Artıq dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə ticarətin 55 faizi bu yolla həyata keçirilir. Bu o deməkdir ki, gələcək bazarlar elektron bazarlar formasında təşəkkül tapacaqdır. Azərbaycan da buna hazır olmalıdır".

İqtisadçı Məhəmməd Talıblı isə qeyd edir:" İndiki halda elektron ticarətin illik dövriyyəsi 6 milyon manat civarında dəyişir. Azərbaycanda elektron ticarətin daha da tanınması üçün həmin ticarətlə məşğul olanlara təşviq siyasəti tətbiq olunmalıdır. Təşviq siyasətinin istiqamətlərinə vergi dərəcələrinin müəyyən dərəcədə aşağı düşməsi və s. aid ola bilər. Digər tərəfdən, elektron ticarətin özü bir mövzu olaraq elektron mediada, yazılı mediada aktuallaşmalıdır, insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. Çünki vətəndaşlar elektron ticarətlə bağlı kifayət qədər məlumata malik deyil. Ona görə də, mövzunu cəmiyyətdə aktuallaşdırmaq, qanunvericilik bazasını təşviq etmək lazımdır. Eyni zamanda məslənin inkişafında həm biznemsen, həm də müvafiq dövlət orqanları maraqlı olmalıdır. Fikrimcə, bunlar həyata keçirildiyi təqdirdə, bir müddət sonra bu sahədə yaranan müsbət dəyişiklikləri görə bilərik".

Sizin Reklam Yeriniz