news Image
2015.01.31
10:37
| A A A
Manat İranla ticarətdə istifadə olunan əsas valyutaya çevrilir
Vüqar Bayramov: “Manatın gələcəkdə regional əməkdaşlıqda istifadə edilməsi məqsədəuyğundur” Rəşad Həsənov: “Yerli valyutalardan istifadə iki ölkənin qarşılıqlı ticarət əlaqələrinin həcminə hansısa bir formada mənfi təsir göstərməyəcək”

Cənub qonşumuzu Azərbaycanal ticarət əlaqələrində milli valyutalardan istifadə olunmasına getdikcə daha çox maraq göstrməkdədir. İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia da Azərbaycan-İran ticarət münasibətlərində hansı valyutadan istifadə edilməsi məsələsinin müzakirə predmeti olduğuun bildirir. Ölkəsinin ABŞ valyutasından imtina etdiyinə toxunan nazir vurğulayıb ki, Azərbaycan və İran arasında ticarət əməliyyatlarında milli valyutadan istifadə etmək mümkündür: "İran digər ölkələrlə ticarət əməliyyatlarını həmin ölkələrin milli valyutaları ilə həyata keçirir. Bunu əməkdaşlıq etdiyimiz digər ölkələrlə davam etdirməkdə maraqlıyıq. Üçüncü ölkənin valyutasından da istifadə edilməsi mümkündür".

Ekspertlər, İranın ticarət əməliyyatlarında milli valyutadan istifadə etmək təklifinin arxasında dollardan imtina edilməsinin durduğuna qeyd edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov İranla Azərbaycanın qarşılıqlı ticarət əlaqələrində yerli valyutalardan istifadəsinə bel əmünasibət bildirib: "Beynəlxalq hesablaşmalarda dollarla deyil, digər valyutalarla Azərbaycanın ixracının yüksək olduğu ölkələrlə alış-veriş edilməsinin tərəfdarı deyiləm. Çünki Azərbaycanın ixracatının çox olduğu ölkələrlə əməkdaşlıqda əsas məqsəd odur ki, ölkəyə dollar daxil olsun. Ölkəyə dolların daxil edilməsi isə birmənalı şəkildə Azərbaycanın valyuta ehtiyatlarının artması və daha çox vəsaitin, dönərli valyutanın ölkəyə cəlbi baxımından olduqca əhəmiyyətlidir. Bu baxımdan qarşılıqlı hesablaşmalar, qarşılıqlı iqtisadi əlaqələrdə yerli valyutalardan istifadə edilməsi indiki haldaarzuolunan deyil. Ölkəmizin beynəlxalq hesablaşmalarda, xüsusən ticarət əlaqələrində yerli valyutalardan deyil, məhz ABŞ dollarından istifadə etməsi daha məqsədəuyğundur. Bu, birmənalı şəkildə ölkəmizə imkan verir ki, valyuta ehtiyatlarını artıra bilsin, daha asan hesablaşmalar həyata keçirsin. Çünki dollarla hesablaşmanın həyata keçirilməsi daha asandır. Təbii ki, manatın gələcəkdə regional əməkdaşlıqda istifadə edilməsi məqsədəuyğundur. Amma Azərbaycanla İran arasında əlaqələrdə ancaq manatdan istifadə olunursa, bu məqbuldur. Lakin manatla yanaşı, ticarət əlaqəsi saxlanılan digər ölkənin də valyutasından istifadə olunursa, bu məqbul deyil".

İqtisadçı ekspert Rəşad Həsənov isə qeyd etdi ki, iki ölkə arasında ticarətin milli valyutalarla aparılması heç də qarşılıqlı ticarət əlaqələrinin artım və yaxud azalması anlamına gəlmir: "Sadəcə, son dövrlər İranın həyata keçirdiyi siyasət mümkün qədər dollarla ticarət əlaqələrini məhdudlaşdırmaqdan ibarətdir. Burada məqsəd isə ondan ibarətdir ki, İranın valyuta ehtiyatları kifayət qədər azdır. Ona görə də İran hazırda idxal zamanı ödənişlərlə əziyyət çəkir. Bu, onunla bağlıdır ki, bir neçə il öncə tətbiq edilən sanksiyalar nəticəsində İran hazırda dünya bazarına ən çox satdığı neft məhsulunu dünya bazarına çıxara bilmir. Neftini hazırda Çin kimi ölkələrə satır və bu zaman qarşılıqlı ödəniş Çin yuanı ilə həyata keçirilir. Hazırda İranın dönərli valyuta olan ABŞ dolları və avro ilə ciddi sıxıntıları vardır. Bu da İranın daxili bazarına ciddi şəkildə təsir edir. İran idxalında yaranan problem idxal məhsullarının qiymətinin kəskin şəkildə artımına gətirib çıxarır. Ona görə də indilikdə İran cəhd göstərir ki, xarici ölkələrlə apardığı ticarət əlaqələrində alternetiv digər valyutalardan istifadə etməklə yaranan çətinliyi aradan qaldırsın. Tehranın Azərbaycanla apardığı danışıqlar da məhz buna yönəlib. Hesab edirəm ki, Azərbaycan manatı və İran rialından istifadə edilməsi ciddi problem yaratmayacaq. Bu valyutaların hər iki ölkədə dönərliliyi mümkündür. Məhz bu baxımdan düşünürəm ki, yerli valyutalardan istifadə iki ölkənin qarşılıqlı ticarət əlaqələrinin həcminə hansısa bir formada mənfi təsir göstərməyəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs