Bakıya gələn bəzi avtobusların marşrutu dəyişdirilib
Dəyişiklik metronun 5 stansiyasının bağlanması ilə əlaqədardır
Bu gündən Bakı Metropoliteninin Həzi Aslanov-Dərnəgül xətti üzərindəki 5 stansiyası işini müvəqqəti dayandırılıb. Lent.az-ın məlumatına görə, "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları avqustun 13-dək işləməyəcək. Bu səbəbdən də həm şəhərdaxili, həm də Xırdalan, Biləcəri, Binəqədi, eləcə də Sumqayıt istiqamətindən Bakıya gələn əksər xətt avtobuslarının marşrutunda dəyişiklik edilib.
Sumqayıtdan paytaxt
gələn avtobusların əksəriyyəti metronun "İnşaatçılar" stansiyasına
doğru hərəkət edir.
Nəqliyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, dəyişiklik
müvəqqəti xarakter daşıyır, avtobuslar metropolitendə iş başa
çatdıqdan sonra əvvəlki rejimdə və marşrut üzrə
işləyəcəklər.
Qeyd edək ki, bu gün səhər saatlarından Bakı metrosunun yuxarıda
qeyd edilən stansiyalarının işləməməsindən xəbərsiz olan minlərlə
insan olub. Xüsusi ilə də "20 Yanvar" stansiyası ətrafında xeyli
sərnişin toplanıb.
Bakı Metropolitenindən verilən məlumata görə, yeni stansiyaların
tikintisi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyi üçün həmin
stansiyaların işi dayandırılıb.