Əlaqə Arxiv
news Image
2012.08.14
20:50
| A A A
Geologiya İnstitutunda 1 milyonluq aparatlar quraşdırılacaq
İnstitutun laboratoriyasında zəlzələ ilə bağlı araşdırmalar aparmaq üçün də yeni cihazlar gətiriləcək

Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun laboratoriyası yeni cihazlarla təmin ediləcək. İnstitutun ümumi işlər üzrə direktor müavini Nazir Sadıxovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda əsaslı təmir olunan institut binasının 1-ci mərtəbəsində 35 laboratoriya fəaliyyət göstərəcək.

"Yeni alınan cihazların çoxunu hələlik otaqlar təmir olunduğu üçün quraşdırmamışıq. Otaqların təmiri başa çatandan sonra laboratoriyalarda cihazlar quraşdırılacaq", - deyə Nazir Sadıxov bildirdi.
Laboratoriyalar üçün təqribən 1 milyon manata yaxın yalnız analiz üçün lazım olan aparatlar alınıb. Təkcə "Jeol" adlı cihaz 450 min manata başa gəlib. Bu mikroskopla bor elementindən uran elementinə qədər bütün elementləri, təyin edir, o cümlədən çox kiçik hissəcikləri 300 min dəfə böyüdərək onların şəklini çəkmək olar.
Nazir Sadıxovun sözlərinə görə, laboratoriyada zəlzələ ilə bağlı araşdırmalar aparmaq üçün də müəyyən cihazlar quraşdırılacaq: "İnstitumuzda da geodinamikaya aid bir neçə cihazlar alınıb və hələ də belə aparatlar alınacaq. Atom-absorbsiya, spektrofotometr, AAS-3N tipli cihazlar almışıq".
Həmin cihazlar vasitəsilə neft, qeyri-neft sektorunda, təbii fəlakətlərin öyrənilməsi sahəsində və müxtəlif istehsal müəssisələrində analizlər aparılması üçün istifadə edilir. "Azərbaycanda istehsal olunan sement və digər məhsulların tərkibinin öyrənilməsi bizim institutun laboratoriyasında həyata keçirilir. Ölkəyə gətirilən məhsulların da tərkibinin öyrənilməsində bizim institutun laboratoriyasından istifadə edilir. Həmçinin suların da tərkibi institumuzda yoxlanılır. İçməli su, texniki su, qrunt sularının tərkibi də laboratoriyalarımızda öyrənilir".
Bundan başqa, Nazir Sadıxov deyir ki, laboratoriyaya yeni, bu vaxta qədər Azərbaycanda olmayan neft sektorunda analizlər aparmaq cihazlar da quraşdırılacaq.
"İnstitutumuz "Azərbaycan nefti" adlı layihəsinin qalibi olub. İnstitutumuza neft, qeyri-neft sektoruna aid yeni cihazlar alınacaq. Aparatların bəziləri artıq alınıb. Gözləyirik ki, bu yaxınlarda institutumuza 400 min manatlıq yeni cahazlar alınacaq", - deyə Nazir Sadıxov bildirdi.
Qeyd edək ki, bu ilin əvvəlində Respublika Prezidentinin sərəncamı ilə Dövlət Büdcəsi hesabına əsaslı təmirə başlanan Geologiya İnstitutu gələn il tamamilə yeni görkəm alacaq.

Sizin Reklam Yeriniz