Əlaqə Arxiv
news Image
2012.08.15
13:52
| A A A
Azərbaycan milli valyutanın dizaynını dəyişdirəcək
Azərbaycanda pul nişanlarının dizaynı və mühafizəsi daha da təkmilləşdiriləcək. "APA-ECONOMICS"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının Azərbaycanın milli valyutası – manatın tədavülə buraxılmasının 20 illiyi münasibətilə yaydığı məlumatda bildirilir. 
Məlumatda deyilir ki, Mərkəzi Bank milli valyutada pul nişanlarının etibarlığını və cəlbediciliyini yüksək səviyyədə saxlamaq üçün müasir tələblərə cavab verən növbəti nəsil pul nişanlarının dizayn və mühafizə fəlsəfəsinin hazırlanması ilə əlaqədar müvafiq layihənin icrasına başlayıb. 
Xatırladaq ki, hazırda tədavüldə olan pul nişanları 2006-cı ildən, denominasiya nəticəsində tətbiq edilib.
 
Sizin Reklam Yeriniz