Əlaqə Arxiv
news Image
2012.08.15
16:53
| A A A
Çindən Azərbaycana gətirilən məhsullar bahalaşacaq
Sözügedən ölkədə xarici mal dövriyyəsi əvvəlki aylara nisbətən xeyli azalıb

Avropada yaşanan iqtisadi böhran öz sərhədlərini genişləndirməkdədir. Artıq dünyanın 2 ən böyük iqtisadiyyatı hesab olunan Birləşmiş Ştatlar və Çində geriləmə müşahidə olunur. Çində xarici mal dövriyyəsi əvvəlki aylara nisbətən xeyli azalıb. Birləşmiş Ştatlarda isə işsizlərin sayı yenidən artmağa başlayıb. İqtisadçılar qeyri sabitliyin dünyanın əksər ölkələrində ilin sonuna və ya 2013-cü ilin ilk rübünə kimi davam edəcəyini bildirirlər. Ekspertlər hesab edir ki, Çində iqtisadi geriləmə buradan xaricə göndərilən məhsulların qiymətini bahlaşdıra bilər. 

Qeyd edək ki, indiyədək Çinin dünyanın ən böyük ixracatçı dövlətlərindən biri kimi çıxış etməsinə əsas səbəb, burada istehsal edilən və xaricə, o cümlədən Azərbaycana göndərilən məhsulların qiymətinin çox aşağı olması idi. Belə məhsullar adətən çox aşağı keyfiyyətə malik olsa da, bazarlarda özünə yer tapıb, çox vaxt isə hökmran mövqeyə yüksəlirdi. Ancaq indi proseslərin gedişi bazarlardan ucuz Çin mallarının yığışma ehtimalının kifayət qədər yüksək olduğunu  göstərir.

O da qeyd edilir ki, Çində istehsal edilən parçaların, geyimlərin və digər bu qəbildən olan məhsulların da dəyəri artıb. Belə vəziyyət praktiki olaraq, Çinə daha ucuz mal ixrac etmək imkanı vermir. Hətta qeyd olunur ki, artıq bir sıra şirkətlər baha qiymətlərinə görə, Çindən mal idxalını dayandırıb. Məlumat üçün bildirək ki, Çindən Azərbaycana gətirilən 800 addan çox mal arasında iynə-sapdan tutmuş avtomobilə, hətta qəbir daşına qədər hər şey var. Son illərdə ölkəmizdə Çin mallarına tələbatın artması isə onların qiymətinin qat-qat ucuz olması ilə bağlı olub. Çindən gətirilən ərzaq, kosmetika, geyim, qab-qacaq, mobil telefon, inşaat materialları, mebel, məişət əşyaları və avtomobilə qədər ən müxtəlif məhsullar təkcə paytaxtda yox, rayonlarda da geniş yayılıb. 

undan başqa, Çindən ölkəmizə qida məhsulları, meyvə-tərəvəz, elektron məişət avadanlıqları və digər çox geniş çeşiddə məhsullar gətirilir və ilbəil bu çeşid artır. Dünya maliyyə böhranının səngiməsi və mövsümlə əlaqədar son aylarda Çindən gətirilən məhsulların həcmində bir qədər də artım müşahidə olunurdu. Ancaq bahalaşma tədricən öz işini görməkdədir.  Qeyd olunduğu kimi, Azərbaycana Çindən, demək olar ki, bütün növ kənd təsərrüfatı məhsulları da gətirilir. İndi bazar piştaxtalarında Çindən gətirilən hər cür meyvə və tərəvəzlərə rast gəlmək mümkündür. Alma, armud, naringi, üzüm, çiyələk, qreypfrut, qoz-fındıq, badam, qurudulmuş noxud, lobya, və sairə. 

Ekspertlər bildirir ki, Çin mallarının indiyədək əsas üstünlüyü onların ucuzluğu ilə bağlı olub. Bununla da başqalarından bir neçə dəfə ucuz olan Çindən gətirilən mallar bazarda özünə asanlıqla yer tapırdı. Çünki yuxarıda qeyd olunduğu kimi, Çindən gələn məhsullar o qədər də yüksək keyfiyyətli olmur. Onu da bildirək ki, dünyanın tanınmış markaların Çində eyni adda daha ucuz istehsal olunur. Buna baxmayaraq, ekspertlər Azərbaycana gətirilən Çin məhsullarının keyfiyyət baxımından digər xarici istehsal nümunələrinə uduzduğunu deyir. Lakin yuxarıda qeyd olunan səbəblər Çin məhsulları ilə bağlı vəziyyətin dəyişməkdə olduğunu göstərir. O da bildirilir ki, Çindən gələn məhsullar bahalaşarsa, bu, yerli istehsalın artmasına da rəvac verə bilər. Çünki əksər idxal məhsulları ölkə daxilində istehsal edilən zaman onlar daha idxala müqayisədə daha ucuz başa gəlir. Bu səbəbdəndir ki, son dövrlərdə Çindən gətirilən məhsulların həcminin azalması fonunda bazarlarda yerli istehsal mallarının xüsusi çəkisi artır.

Lakin gələn ilin əvvəllərindən Çindən gətrilən mallar xeyli ujuzlaşa bilər. Belə ki, hazırda 

Çindən gətirilən məhsullar Qazaxıstandan keçməklə və təyyarə vasitəsilə daşındığı üçün onların qiyməti nisbətən baha olur. Bununla belə, yaxın tezlikdə Çindən idxal olunan məhsulların əhəmiyyətli dərəcədə ucuzlaşması istisna edilmir. Bunu şərtləndirəcək səbəb isə Bakı-Tiflis-Qars (BTQ) kəməridir. Məhz bu dəmiryolunun gələn il işə düşməsindən sonra Çindən bu yolla gətirilən məhsulların qiymətinin xeyli aşağı düşməsi gözlənir. Çünki bu dəmiryol xəttinə qoşulmaqda Çin də maraqlıdır.

Qeyd edək ki, Bakı-Tiflis-Qars xətti Çinlə Avropanı birləşdirən yeganə dəmir yolu olacaq. TRASEKA nəqliyyat dəhlizi katibliyinin Bakıda keçirilən toplantısında bununla bağlı layihə işlənib hazırlanıb. Onu da bildirək ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə əsas işlər yekunlaşıb. 2-3 ildən sonra Bakı-Tiflis-Qars Çinlə Avropanı birləşdirən yeganə dəmir yolu xətti olacaq. Bunun üçün yeni dəmir yolu xətti inşa etmək barədə Qazaxıstanla razılığa gəlinib. Yeni xəttin inşasından sonra hər il Çinin 10 milyonlarla ton yükü Azərbaycandan keçməklə Avropaya daşınacaq.

Sizin Reklam Yeriniz